adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Dekabr 2017 14:34
12278
SİYASƏT
A- A+

Prezidentin köməkçisi BMT-ni tənqid etdi: “Onların arxasınca sürünürlər”

"Beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, İttifaqlar və planetin aparıcı ölkələri, liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə onların arxasınca sürünürlər”.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün "Facebook" səhifəsində yazıb.

N.Məmmədovun sözlərinə görə, intellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman - belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir: "Beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də bu xarakterlidir”.