ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yoxsulluq içində ölən yazarlar

7839    |   2017-12-04 14:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya ədəbiyyatına qazandırdıqları şah əsərlərlə əsrlərlə müzakirə mövzusu olan və bütün zamanların və bütün ədəbi cərəyanların qalib simaları kimi məşhurlaşan dahilərin ömürlərini yoxsulluq və səfalət içərisində başa vurması inandırıcı olmasa da, həqiqətdir. Bəzilərinin ölümündən sonra layiq olduğu şöhrətə və dəyərə qovuşan əsərləri onlara yalnız mənəvi olaraq zəngin əbədiyaşarlıq qazandırdı.

Aleksandr Düma, Edqar Alan Po, Mark Tven, Tolstoy və başqalarının həyatı bu siyahının mövcudluq səbəbidir. Əslində, Tolstoyun keçirdiyi kasıb həyat şəraiti onun öz seçimi idi desək, yanılmarıq. Varlı bir ailənin uşağı olaraq dünyaya göz açan Lev Nikolayeviç Tolstoy təhsilini tamamladıqdan sonra yoxsul kəndlilərə qoşulur. Rus kəndlisinin yoxsul, ümidsiz, pərişan vəziyyəti onu çox düşündürürdü. O, ailəsindən ona qalan bütün torpaqları paylayan, qiymətli mallarını sataraq pulunu ehtiyacı olanlara verən, hətta əsərlərinin təltif mükafatından da imtina edən qəribə xarakterə malik yazar, lakin eyni zamanda sıradan bir kəndli olaraq həyat sürüb. "Anna Karenina", "Hərb və sülh" kimi möhtəşəm əsərlərin müəllifi hər şeyini payladıqdan sonra çox kasıblayır, paltarlarını, ayaqqabılarını özü tikir, həm yazır, həm də öz ev işlərini görürmüş. Onun mənəvi yoxsulluğunun səbəbi isə uğursuz bitən evlilik olur. Evini qoyub, yollara düşən yazıçının Ostapov dəmiryol vağzalında tapılan cəsədindən geriyə bütün zamanların ən məşhur əsərləri qalıb.


Tanrım, yazıq ruhuma kömək et!

Şeirləri və ovsunlayan qəribə hekayələri ilə Amerika ədəbiyyatının dəyərli imza sahibi Edqar Alan Po qumar və içki aludəçisi kimi tanınır. İçməyə heç nə tapmayanda tibbi spirt içən yazıçının bir çox həmkarı kimi sağlığında heç bir işi layiq olduğu dəyəri görməyib. Əsərlərini çörək puluna, bir boşqab yeməyə satan Po on ilə yazdığı "Ligeia" romanını 10 dollara satıb. Cəmi 3 dollar olan kirayə pulunu belə ödəyə bilməyən istedadlı və gənc yazıçının həyat yoldaşı, aclıq və səfalətdən vərəm olan xanımı Virciniyanı dəfn etməyə belə pulu olmur. Qonşularının gətirdiyi yeməklərlə keçinən Po dörd günlük xəstəlikdən sonra 40 yaşında ölür. Onun son sözləri: "Tanrım, yazıq ruhuma kömək et". Ölümündən sonra onun cəmi 8 səhifəlik əl yazısı 10 min dollara satılıb.

Səfalət içində keçən ömür…

Dünyanın ən çox satılan tarixi romanlarının müəllifi kimi tanınan Aleksandr Dümanın 200 min səhifəlik roman, pyes və tarixi kitablarının ümumi dəyəri 5 milyon dollar edir ki, bu rəqəmə onun çox az müasiri çata bilmişdi. Lakin Dümanın lüks və şık həyat tərzinə olan həvəsi onun üçün olduqca acınacaqlı bir sona səbəb oldu. Son illərini səfalət içində keçirən Düma avtobioqrafiyasında onu aclıqdan ölməyə qoymayan və borclarını ödəyən qohumlarına təşəkkür edir.

Ölümlərindən sonra romanları geniş oxumaq cədvəlinə qovuşan yazıçıların, güman edilənin əksinə maddi sıxıntılarla dalaşması, "dahilərin qiyməti öləndən sonra başa düşülür"sözünü təsdiqləyir. Yazdıqları əsərlərlə ədəbiyyat dünyasına böyük təsir etməsinə baxmayaraq, maddi çətinliklərlə boğuşan yazıçılar arasında Aleksandr Düma, Peyami Səfa, Edqar Allan Po, Orxan Vəli, Əhməd Həmdi Tanpınar, Oskar Uayld kimi görkəmli yazıçılar da var.


Müflis olan Mark Tven

Tərcümeyi-haldan toplanan məlumatlara görə, Tom Soyerin Macəraları və Hakleberi Fininin Macəraları adlı məşhur uşaq romanlarının müəllifi Mark Tven, karyerasının zirvəsində Amerikanın ən məşhur adamlarından biri kimi göstərilirdi. Pul qazanmaq üçün müxtəlif işlərə sərmayə qoyan Mark Tvenin cəhdləri həmişə uğursuzluqla nəticələndi.1885-də yaratdığı nəşriyyatı isə iflasına səbəb oldu. 58 yaşında boğazına qədər borc içində idi. 5 il boyunca kitab yazaraq və Avstraliyadan Hindistana, Cənubi Afrikadan İngiltərəyə qədər bir çox ölkədə konfrans verərək borclarını ödədi. Həyat yoldaşı Olivia bu tempə dayana bilmədi; Sağlamlığı pozuldu və Florensiyada öldü. Tven isə altı il sonra 75 yaşında öləndə geridə 23 kitab buraxdı.


Telefonunu satışa çıxaran yazıçı

Peyami Səfa, 27 May zərbəsindən sonra ağır günlər keçirdi. Elan tapmaqda çətinlik çəkdiyi Türk Düşüncəsi jurnalının nəşri dayandırıldı. Türk Ədəbiyyatçılar Birliyindən və Türk Dil Qurumundan çıxardıldı. Son illərində Adnan Menderese yaxın olduğu üçün ağır hücum və təhqirlərə məruz qaldı. Milli Birlik Komitəsinin təzyiqləri ilə Rəsmi Alın yazılarına da son verildi. Təqribən 300 cild tutan çalışması vardı; amma işsiz idi və maddi sıxıntı içərisində idi.

Bir gün nəşriyyatçının yanına gedərək ev kirayəsini ödəmək üçün telefonu satışa çıxardığını deyir. Nəşriyyatçısı, Sultanhamamı sənətkarlarından telefon ödənişi qədər pul toplayaraq Səfaya təslim edər. Basıldığını görmədiyi Şərq-Qərb Sintezi adlı kitabını bu borcuna qarşılıq nəşriyyatına təslim edər. 62 yaşında vəfat edən Doqquzuncu Hariciyə Məhbuslar Yataqxanasının müəllifi, son dövrünü belə yekunlaşdırır: "Kitablarımı çap etdirib da böyük pullar qazana bilməmiş, məni yazı heyətinə alıb da böyük sərvətlər yığmamış redaktor, qəzet sahibi çətin göstərilir. Amma mənim zəhmət payımın mükafatı, yarım əsr davam edən uzun bir məhrumluq, xəstəlik və əziyyət həyatından başqa bir şey olmamışdır".


Xəstələyimdən çox pulsuzluqla məşğulam

Türk Ədəbiyyatına Əmin-amanlıq və Saatları Nizamlama İnstitutu kimi əvəzsiz əsərlər qazandıran Əhməd Həmdi Tanpınar da son illərdə həm səhiyyə, həm də maddi problemlərlə boğuşdu. 1962-ci ildə 61 yaşında keçirdiyi ürək tutması nəticəsində aramızdan ayrılan Beş Şəhərin müəllifi, içində olduğu çətinlikləri gündəliyinə bu şəkildə qeyd etmiş: "26 Teşrin-i Sani (Noyabr) 1958.Bu Gün qaraciyər müayinəsi üçün xəstəxanaya gedirəm. İçimdə hər şey alt üst. Bittabi xəstəliyimdən daha çox pulsuzluqla məşğulam. Cibimdə yalnız bir lirə var. Pulsuzluğum böyük xəstəliklər kimi demək olar ki, heçdən başladı, artdı, çoxaldı, məni altına aldı. Ətrafım borcla dolu. Cibimdə borc sənədləri var. Hazırda yalnız borcla yaşayıram və borc məni dəli eliyəcək. Xilas olmaq üçün hər bir təşəbbüsüm yeni borca səbəb olur. Yaxud da bir yığın ədəbi layihə (…) pulsuzluğun mütləq və həqiqi təzahürləri və ağırlaşmaları. Əbdülhəq Şinasidən borc pul alıram. Kamaldan pul tapa bilmirəm…"


Ayaqqabılarını əlləriylə tikən dahi

Tolstoy isə yoxsulluğu öz arzusu ilə seçim edənlərdən biridir. Zəngin bir ailənin uşağı olaraq doğulan Lev Nikolayeviç Tolstoy, təhsilinin ardından doğma kəndi Yasnaya-Polyanaya dönərək yoxsul kəndlilər sırasına qoşulub. Rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox incidirdi. Malik olduğu torpaqların hamısını dağıtdı, qiymətli mallarını əldən çıxardı; əsərlərinin müəlliflik hüquqlarından imtina etdi. Kəndlilər kimi yaşamağa başladı. Qalın parçadan düzəldilmiş kobud paltarlar geyindi; Ayaqqabılarını öz əli ilə tikdi. Anna Kareninayı və Hərb və Sülhü yazan, otağının tozlarını təmizləyir, paltarlarını tikirdi. Tolstoy, bütün ərazilərini satanda iztiraba düşdü. Bu faciədə bədbəxt keçən evliliyinin payı da böyükdü. Müəllif, son illərini əhval çöküntüsü içində keçirdi. Evini qoyub yollara düşdü. Astapovo qatar stansiyasında öləndə geriyə qələmi, romanları və öz tikdiyi paltarı qaldı.


Ankara soyuğunda paltosuz gəzən adam

İstiqlal Marşının müəllifi Mehmet Akif Ersoy da son illərini iztirab içində keçirdi. Dostu Abbas Həlim Paşanın dəvəti ilə qışı keçirmək üçün Misirə getdi. Daha doğrusu, getmək məcburiyyətində qaldı. Maaşsız, işsiz idi. Ancaq onu əsas kədərləndirən polis təqibi altında olması idi. İstiqlal Məhkəmələrinin intensiv iş apardığı 1920-ci illər Misirdə keçirmək məcburiyyətində qaldı. Min bir əziyyətlə çıxardığı Sebilür-Reşad jurnalı bağladıldı. Misirdə ciddi maddi sıxıntı içərisində idi. Vəziyyətinə pis olub, yemək və ev əşyası gətirməsinlər deyə oturduğu ünvanı dəyişdi. Xəstələnəndə Livan, Antakya üzərindən Türkiyəyə giriş etdi. Beyoğlundakı Misir Mənzilində həyatını itirdi. Dəfninə rəsmi protokol qatılmadı. Məzarı iki il sonra universtetdə oxuyan gənclərlə keçirildi. Siyasi atmosferə görə Safahatın çapı isə 1943-ci ilinə qədər olunmadı.

Ersoy, yazdığı İstiqlal Marşının Məclisdə oxunub ayaqda dinlənilməsinin ardından 12 Mart 1921-də milli marş olaraq qəbul edilməsi səbəbiylə mükafat olaraq ona verilən 500 lirə Aypara Ahmer (Qızıl Aypara) tərkibində cəbhəyə paltar tikən Darül İş vəqfinə bağışlamışdı. Safahat müəllifinin İstiqlal Marşının yazdığı dövrdə əynində paltosunun olmadığı, Təcəddin Dərgahından Məclisə paltosuz piyada olaraq getdiyi söylənilir. Akif, çox sevdiyi millətinə İstiqlal Marşı və Dardanel Dastanı kimi qiymətli əsərlərini; Yaxınlarına isə dürüst və şərəfli bir şəxsiyyət qoyub.

24 Yanvar 1967-ci ildə qəzetlərin səhifələrində ürəkləri gözlərində belə bir xəbər diqqəti çəkdi: Beşiktaşdakı zibil qutularının birində Mehmet Akifin oğlu Əmin Ersoyun ölüsü tapıldı! İllər sonra Çətin Altan, bir yazısında Emin Ersoy yer verdi, bir gün Mehmet Akif Ersoyun oğlu olduğunu söyləyən bir adamın otağına gələrək pul istədiyini, bu hadisədən iki həftə sonra da ölü tapıldığını yazdı.


Həbsdə keçən əzab dolu illər…

İti dili və zidd yazıları ilə fərqli tərzə sahib olan və bu sayədə dönəmin ən məşhur və ən uğurlu yazıçıları arasında yerini alan Oskar Uayld münaqişə etdiyi bir davada əxlaqsızlıqdan günhanlanıdırılaraq həyatının çölüşünü yaşamışdır.

İçməyə başlayan Oskarın xəstəliyi şiddətlənir, həbsxanada keçirdiyi ağır günlərin nəticəsi olaraq da qulaq iltihabı dözülməz ağrılar verirdi... Əzab dolu son günlərini yaşayan Oskar Uayld 1890-cı ildə noyabrın 30-u dünyadan köçür. İllər sonra qəbri Fransadakı məşhur Per-Laşez məzarlığına köçürülür.


Cibində 28 quruşu olan şair

Orxan Vəli əsgərlikdə olduğu vaxtlar həyatını qısaca şərh etmişdi: "1914-cü ildə anadan oldum. Bir yaşımda qurbağadan qorxdum. Doqquz yaşımda oxumağa, on yaşımda yazmağa maraq göstərdim. 13 yaşımda Oqtay Rıfatı, 14-də isə Məlik Cevdəti tanıdım. 17 yaşımda bara getdim. 18-də içkiyə başladım. 19-dan sonra avaralıq dövrüm başlayır. 20 yaşdan sonra isə pul qazanmağı və səfalət içində yaşamağı öyrəndim. 25-də bir avtomobil qəzası keçirdim. Aşiq oldum. Heç evlənmədim. İndi isə əsgərəm…”

Şair yemək yediyi bir vaxtda qəfil döşəməyə yıxılır... Alkoqolizmdən müalicə olunurdu. Demə, yıxılarkən beyin qanaması keçiribmiş...

O gecə həyata gözlərini yumdu... 36 yaşındaydı. Ürəyində sevdiyi bir qadın, cibində 28 quruş vardı...





İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK