adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Dekabr 2017 12:55
13810
SİYASƏT
A- A+

Prezident Aİ rəsmiləri ilə Qarabağı müzakirə edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az xəbər verir ki, Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğuladı.

Dövlətimizin başçısı Toivo Klaarın Azərbaycana, o cümlədən ölkəmizin regionlarına gələcəkdə də tez-tez səfərlər edəcəyinə ümidvar olduğunu bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.