Bir şərtlə ki, intihar etməyin!

OĞUZ AYVAZ
35129 | 2017-12-04 12:07

Selincerin "Çovdarlıqda uçurumdanqoruyan” əsəri son günlər beyniminiçində var-gəl edir, gecələr yuxusuz qoyur məni. Əsər o qədər dərin bədii-estetik gücəsahibdir ki, illər keçsə belə o səninlədir. Selincer bu əsəsri yazmayıb yaradıbsadəcə, belə deyərdim. Bu roman dünyaədəbiyyatının şah əsərlərindəndir. "Çovdarlıqda uçurumdan qoruyan” özçılğınlığı, kreativ görünüşüylə gənclik dönəmini xarakterizə edən şedevrnümunəsidir.

Oxuyanlara da eyni hissləriyaşatdığını dəqiq bilirəm. Bir gənc insanın baxışıyla dünyanı izləyən Selincerinortaya qoyduğu düşüncə bəşəri duyğularla hesablaşır. İnsan bütün məqamlardatənhalıqla baş-başa qalır.

"Çovdarlıqda uçurumdanqoruyan” bizim romanımızdı. Bu romanı oxumağımız özümüzü, ətrafımızı, dünyanı,hadisələri qavramağımıza kömək edir. İnsanın saxtalığı, ikiüzlülüyü,yalançılığı əsərin baş qəhrəmanı Holden Kolflidlə üz-üzə qalır. Axı, hamımızeyni anları, eyni hissləri dəfələrlə yaşamışıq. Gördüyümüz, şahid olduğumuzmənzərələri aydınlaşdırmaq bizim üçün qaranlıq qalıb. Hər şeyə gənc, təp-təzəduyğularla yanaşmışıq. Holden Kolflid bu mənada özünü xilas etməyin yollarınıaxtarır. O, heç yerdə qərar tuta bilmir, onun həyatda istədiyi tək şey olduğu,göründüyü kimi yaşamaqdır.

Biz gənclər bu əsərdə özümüzüngerçək simamızı görürük. Romandakı baş qəhrəman Holden Kolfilid (əsər onun dilindən danışılır)qeyri-adi bir uşaqdır. Neçə dəfə başqa-başqa məktəblərdən qovulur, heç kimibəyənmir, öz həmyaşıdları ilə tutaşır. Hər kəsin mənfi cəhəti onu yamanəsəbiləşdirir. Hər şeyə fikir verir. Bir sözlə bu uşaq kənardan baxıldıqdaözünü sevən, başqa heç kimdən xoşu gəlməyən eqoist bir insan təəssüratıyaradır. Romanın sonunda həmin bu eqoist uşaq—Holden Kolfilid tək-tənha qalır.Yağışlı havada parkdakı stulda əyləşib fikirləşir: "İnanmazdım ki, bir gün təkqalacam və inanmazdım ki, bir gün gələcək zəhləm getdiyi insanlar üçün dədarıxacam”.

Holden fikirlərinintənhalığını yaşadığı üçün gedəcək bir yer tapa bilmir.

Əsər qısa zamanda 60 min nüsxə ilə satılıb. Araşdırmalara görə romanıoxuyan amerikalı gənclərdən bəziləri intihar edib. Hətta "Beatles” qrupunun solisti Con Lennonun qatilinin üzərində də bukitab tapılıb. Təbii ki, "Çovdarlıqda uçurumdan qoruyan” əsəri bir vaxtlarqadağan edilmiş kitablardan idi.

Bu əsəri gənclərə,yeniyetmələrə tövsiyyə edərdim. Ancaq bir şərtlə ki, intihar etməyin!

Romandan seçdiklərim:

– Həyat, həqiqətən də, biroyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.

– Bəli, ser. Mən də bilirəm.Bilirəm ki, belədir. Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfədüşsən, bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı.Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ipdə.

Mənə ən çox təsir edən kitab okitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazanmənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vurabiləydim.

HoldenGədə elə bir adam idi,şayət dənizdə boğulsaydı və sən də bir qayıq götürüb onu sudan çıxarmaqistəsəydin, yenə də yanındakı qayıqçının kim olduğunu soruşub bilməmiş o qayığaqalxmazdı.

Hətta bir dəfə az qalmışdıqısametrajlı filmə də çəkiləm, amma son anda razılıq vermədim. Fikirləşdim ki,əgər mənim qədər kinoya nifrət eləyən bir adam da kinoya çəkilməyə razılıqverərsə, dünyada bundan eybəcər ikiüzlülük olmaz.

Elə şeylər var ki, onlar necəvar, elə qalsa, yaxşıdır. Onları da iri bir şüşə vitrinə qoyub birdəfəlikolduğu kimi saxlasaydılar, çox yaxşı olardı. Özüm də bilirəm, bu mümkün olan işdeyil, amma elə bədbəxtçilik də bundadı.

Ancaq hələ də ümidvaram ki,mən öləndə, ağıllı bir adam tapılacaq və mənim cəsədimi götürüb, çaya-zadatullayacaq. Hara olur-olsun, yalnız bu andıra qalmış qəbiristanlıqdan başqa.Yoxsa, sənin qarnının üstünə gül-çiçək qoymaq üçün hər bazar tökülüb buragələcəklər. Cəfəng-cəfəng şeylər danışacaqlar. Öləndən sonra gül-çiçək kiminnəyinə lazımdır? Heç kimin.


TƏQVİM / ARXİV