ANA SƏHİFƏ / YAZARLAR

Bir şərtlə ki, intihar etməyin!

7197    |   2017-12-04 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” əsəri son günlər beynimin içində var-gəl edir, gecələr yuxusuz qoyur məni. Əsər o qədər dərin bədii-estetik gücə sahibdir ki, illər keçsə belə o səninlədir. Selincer bu əsəsri yazmayıb yaradıb sadəcə, belə deyərdim. Bu roman dünya ədəbiyyatının şah əsərlərindəndir. "Çovdarlıqda uçurumdan qoruyan” öz çılğınlığı, kreativ görünüşüylə gənclik dönəmini xarakterizə edən şedevr nümunəsidir.

Oxuyanlara da eyni hissləri yaşatdığını dəqiq bilirəm. Bir gənc insanın baxışıyla dünyanı izləyən Selincerin ortaya qoyduğu düşüncə bəşəri duyğularla hesablaşır. İnsan bütün məqamlarda tənhalıqla baş-başa qalır.

"Çovdarlıqda uçurumdan qoruyan” bizim romanımızdı. Bu romanı oxumağımız özümüzü, ətrafımızı, dünyanı, hadisələri qavramağımıza kömək edir. İnsanın saxtalığı, ikiüzlülüyü, yalançılığı əsərin baş qəhrəmanı Holden Kolflidlə üz-üzə qalır. Axı, hamımız eyni anları, eyni hissləri dəfələrlə yaşamışıq. Gördüyümüz, şahid olduğumuz mənzərələri aydınlaşdırmaq bizim üçün qaranlıq qalıb. Hər şeyə gənc, təp-təzə duyğularla yanaşmışıq. Holden Kolflid bu mənada özünü xilas etməyin yollarını axtarır. O, heç yerdə qərar tuta bilmir, onun həyatda istədiyi tək şey olduğu, göründüyü kimi yaşamaqdır.

Biz gənclər bu əsərdə özümüzün gerçək simamızı görürük. Romandakı baş qəhrəman Holden Kolfilid (əsər onun dilindən danışılır) qeyri-adi bir uşaqdır. Neçə dəfə başqa-başqa məktəblərdən qovulur, heç kimi bəyənmir, öz həmyaşıdları ilə tutaşır. Hər kəsin mənfi cəhəti onu yaman əsəbiləşdirir. Hər şeyə fikir verir. Bir sözlə bu uşaq kənardan baxıldıqda özünü sevən, başqa heç kimdən xoşu gəlməyən eqoist bir insan təəssüratı yaradır. Romanın sonunda həmin bu eqoist uşaq—Holden Kolfilid tək-tənha qalır. Yağışlı havada parkdakı stulda əyləşib fikirləşir: "İnanmazdım ki, bir gün tək qalacam və inanmazdım ki, bir gün gələcək zəhləm getdiyi insanlar üçün də darıxacam”.

Holden fikirlərinin tənhalığını yaşadığı üçün gedəcək bir yer tapa bilmir.

Əsər qısa zamanda 60 min nüsxə ilə satılıb. Araşdırmalara görə romanı oxuyan amerikalı gənclərdən bəziləri intihar edib. Hətta "Beatles” qrupunun solisti Con Lennonun qatilinin üzərində də bu kitab tapılıb. Təbii ki, "Çovdarlıqda uçurumdan qoruyan” əsəri bir vaxtlar qadağan edilmiş kitablardan idi.

Bu əsəri gənclərə, yeniyetmələrə tövsiyyə edərdim. Ancaq bir şərtlə ki, intihar etməyin!

Romandan seçdiklərim:

– Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.

– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir. Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən, bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də.

Mənə ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim.

HoldenGədə elə bir adam idi, şayət dənizdə boğulsaydı və sən də bir qayıq götürüb onu sudan çıxarmaq istəsəydin, yenə də yanındakı qayıqçının kim olduğunu soruşub bilməmiş o qayığa qalxmazdı.

Hətta bir dəfə az qalmışdı qısametrajlı filmə də çəkiləm, amma son anda razılıq vermədim. Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət eləyən bir adam da kinoya çəkilməyə razılıq verərsə, dünyada bundan eybəcər ikiüzlülük olmaz.

Elə şeylər var ki, onlar necə var, elə qalsa, yaxşıdır. Onları da iri bir şüşə vitrinə qoyub birdəfəlik olduğu kimi saxlasaydılar, çox yaxşı olardı. Özüm də bilirəm, bu mümkün olan iş deyil, amma elə bədbəxtçilik də bundadı.

Ancaq hələ də ümidvaram ki, mən öləndə, ağıllı bir adam tapılacaq və mənim cəsədimi götürüb, çaya-zada tullayacaq. Hara olur-olsun, yalnız bu andıra qalmış qəbiristanlıqdan başqa. Yoxsa, sənin qarnının üstünə gül-çiçək qoymaq üçün hər bazar tökülüb bura gələcəklər. Cəfəng-cəfəng şeylər danışacaqlar. Öləndən sonra gül-çiçək kimin nəyinə lazımdır? Heç kimin.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK