adalet.az header logo
  • Bakı 20°C
04 Dekabr 2017 10:15
8859
HADİSƏ
A- A+

Bakıda 3, Gədəbəydə isə 5 otaqlı ev yanıb

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik evlər yanğından mühafizə olunub.

Adalet.az FHN-nin saytına istinadən xəbər verir ki, digər bir yanğın Gədəbəy rayonu, Başkənd kəndində olub. Ümumi sahəsi 132 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınların hər ikisi yanğınsöndürənlər tərəfindən söndürülüb.