adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Dekabr 2017 15:17
11259
SAĞLAMLIQ
A- A+

Azərbaycanda böyrək köçürülənlərdən 30 nəfəri 33 yaşındadır - RƏSMİ

2017-ci il dekabrın 1-nə olan məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasında74 böyrək, 7 qaraciyər köçürülməsi həyata keçirilib.

Adalet.az xəbər verir ki, bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının "Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.

Cərrahın sözlərinə görə, böyrək köçürülən xəstələr əsasən gənc yaşdadırlar:

"Onlardan ən kiçikləri 2008 (1 nəfər), 2010 (2 nəfər), 2012-ci il (1 nəfər) təvəllüdlü uşaqlardır. Onu da qeyd edim ki, böyrək köçürülənlər əsasən cavanlardır. Ümumi xəstələrdən 30 nəfəri 1984-cü il, 20 nəfəri 1992-1994-cü illər və təxminən 10 nəfəri də 1971-ci ildəndir. Qalan az sayda xəstələr 1958, 1960 və 1966-c ildəndir”.