adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Dekabr 2017 15:08
7183
SİYASƏT
A- A+

ABŞ Suriya kürdlərini silahlandırmağı dayandırır

Amerika Birləşmiş Ştatları "Suriya Demokratik Gücləri"nin (YPG) kürd dəstələrinə silah göndərilməsini dayandıracaq.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumata görə, koalisiya hücum əməliyyatlarını dayandırır.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, bu dəstək artıq lazım deyil: "YPG silahlandırılıb və bir halda ki, koalisiya hücum əməliyyatlarını durdurur, görünür, daha bu lazım deyil. Təhlükəsizlik lazımdır, yerli bölmələr içərisindən polisin gücü lazımdır. Bunlar o insanlar olacaqlar ki, İŞİD-in qayıtmayacağına zəmanət verəcəklər”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bundan sonra Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklər.