adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Dekabr 2017 12:22
11569
SİYASƏT
A- A+

Azərbaycan ilk dəfədir bu konfransa qatıldı

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü Dünya İnternet Konfransında iştirak edir.

Konfrans Çin Xalq Respublikasının Vuzhen şəhərində keçirilir.

Modern.azxəbər verir ki, Fuad Muradov "Açıqlıq və ümumi fayda naminə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi” sahəsi üzrə "Azərbaycanda İnformasiya texnologiyalarının inkişaf perspektivləri” mövzusunda əsas məruzəçilərdəndir.

Ümumilikdə tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətinin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq.

F.Muradov müzakirəyə çıxarılan məsələlərlə bağlı da öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.


Öz tvitter səhifəsində komitə sədri bildirib ki, bu böyük və olduqca əhəmiyyətli konfransda Azərbaycan ilk dəfədir ki, təmsil olunur. Konfransa 70 ölkədən nümayəndələr qatılıb.

Ölkəmizi4-cü Dünya İnternet Konfransındatəmsil edən komitə sədri dekabrın 6-da Vətənə dönəcək.