adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Dekabr 2017 17:27
12791
MƏMLƏKƏT
A- A+

Ramil Usubov Sumqayıtda qəbul keçirib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 2-dəSumqayıt şəhərində növbəti qəbul keçirib.


DİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilanın qəbul üçün müraciət edən 44 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.


Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.