adalet.az header logo
  • Bakı 17°C
02 Dekabr 2017 14:47
15276
DÜNYA
A- A+

General zəhər içəndə hansı maddəni seçmişdi

Bosniya xorvatlarının sabiq generalı Slobodan Pralyakın ölümünə kalium sianid zəhərlənməsi səbəb olub.


Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderland prokurorluğu məlumat yayıb. Müstəntiqlər hazırda Pralyakın zəhəri necə əldə etdiyini, onu Haaqa tribunalının binasına necə gətirdiyini aydınlaşdırmağa çalışırlar.

Xatırladaq ki, 20 il həbs cəzasına məhkum edilən Pralyak apelyasiya şikayəti barədə Haaqa tribunalında dinləmələr zamanı nümayişkaranə şəkildə zəhər içib. Zəhər ürək çatışmazlığına səbəb olub və müttəhimin ölümü ilə nəticələnib.