adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Dekabr 2017 13:38
19209
KRİMİNAL
A- A+

Salyan sakinini keçmiş yeznəsi öldürdü

Dekabrın 1-də Biləsuvar rayonunun Təzəkənd kəndində yaşayan Əlican Ağayevin evinə gələn keçmiş yeznəsi, Salyan rayon sakini Ramin Məmmədov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, hadisə nəticəsində Ə.Ağayev yerindəcə ölüb.

R.Məmmədov könüllü Biləsuvar RPŞ-yə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.