adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Dekabr 2017 13:32
19128
KRİMİNAL
A- A+

Oğurlanmış qızılın bir hissəsi tapıldı

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, cari il noyabrın 27-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətindən İmişli RPŞ-yə rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.

RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub.

Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.