adalet.az header logo
  • Bakı 18°C
02 Dekabr 2017 00:41
11850
ƏDƏBİYYAT
A- A+

MEDİA İSLAM HƏMRƏYLİYİNƏ DƏSTƏK VERİR...

(əvvəli ötən sayımızda)

İnqilab planlaşdırılan ölkələrdə din, korrupsiya, milli azlıqlar, demokratiya, insan hüquq və azadlıqlarına dair məlumatların toplanılıb mətbuata sızdırılması, radikal qruplaşmalarla, gənclər təşkilatları və dini kontingentlə iş aparılması, sifarişçini maraqlandıran sosial qrupların cəmiyyətə müsbət imicdə təqdim olunması və narazı kütlənin formalaşdırılması əslində vahid məqsədə - hakimiyyətdə olanları daha çox güzəştlərə getməyə məcbur buraxmağa xidmət edir. Başqa cür də ola bilməz. Çünki, Qərb dairələri agentura şəbəkələrini işə salıb hərarəti artırmaqla, siyasi təla-tümlər, xaos yaratmaqla öz siyasi ambisiyalarını təmin etməyə böyük pullar axıdır.
Siyasi məqsəd-lərə sərmayə kimi qoyulan bu pullar hansı sosial qrupla işləyib, hansı qrupu yeni qüvvə kimi orta-ya çıxarmaqla bağlı təlimatlandırılan QHT-lərə ötürülür. Və, təbii ki, bu qədər zəhmət və xərci çəkənlərin məqsədi kimlərəsə "bahar" gətirmək yox, əldə etdikləri siyasi üstünlüyü saxlamaqla iqtisadi qüdrətlərini artırıb dünya hegemonluğuna iddialarını ortaya qoymaqdır. Postsovet mə-kanında, Yaxın Şərqdə və Şimali Afrikada "rəngli inqilab"ların təhlili göstərir ki, iqtidarın siyasi iradəsizlik göstərib vaxtında adekvat addımlar atmadığı hallarda hadisələr, məhz bu ssenari üzrə inkişaf edir və hakimiyyət dəyişikliyi ilə sonuclanır. Uğur isə, əhalinin daha böyük hissəsinin rəğbətini və dəstəyini qazanan qüvvənin tərəfində olur. Amma, bu halda da, udan xarici güclər, uduzan isə inqilabın baş verdiyi dövlətin daha da acınacaqlı duruma düşən yerli əhalisi olur. Bu baş verməsin, dövlətçiliyə təhlükə yaranmasın, sərvətlər talanmasın, ölkə xarici güclərin poliqo-nuna çevrilməsin, əhali ayaq altında qalıb qırılmasın deyə, aparılan maarifləndirici iş gücləndiril-məli, təbliğatın effektivliyi artırılmalıdır. Bu da yayımlanan informasiyanın inandırıcılıq dərəcəsi-nin artırılmasını, korrupsiyaya bulaşmış dövlət yetkililərinin vəzifədən uzaqlaşdırılmasını, azğın məmurların cəzalandırılmasını, icra strukturlarına peşəkarların gətirilməsini, insanların rifahının yüksəldilməsini tələb edir, çünki, "xalqın gözü tərəzidir və tükü-tükdən seçir". Deyilənlər əks təsir verməsin, "ac qılınca çarpmasın" deyə, təbliğat məntiqli olub reallığa söykənməlidir, çünki, "yalan ayaq tutsa da, yerimir", müasir texnologiyalar nəyisə xalqdan saxlamağa imkan vermir. Azadlıq, insan haqları, demokratiya pərdəsi altında çirkin oyunlar oynayıb siyasi proseslərin gedişini öz xeyirlərinə dəyişməklə maddi gəlir əldə etməkdən, təsir dairələrini genişləndirmək üçün insanları məhvə sürükləməkdən çəkinməyən dairələri, yalnız təkzibolunmaz dəlillər, real faktlar və tutarlı arqumentlər susdura və yenə də yalnız xalqın dəstəyi dayandıra bilər.
Bu dəstəyi qazanmaq üçün isə qanunlar işləməli, iqtidar-vətəndaş münasibətləri güc, prinsip və maraqların deyil, hüququn üzərində bərqərar olmalı, sabitlik dəyənək, təzyiq gücünə deyil, əhalinin etibarını qazanmaq yolu ilə təmin edilməlidir. Məmurlar anlamalıdırlar ki, qeyri-qanuni yollarla əldə edilib xarici banklara yatırılan sərvət, onları talayanın sonunu gətirib vətəndaşı oldu-ğu ölkənin dağılmasına səbəb ola, dövlətçiliyə təhlükə yarada bilər. Liviyada dinc əhalini dik-tatorundan qorunaq üçün BMT TŞ-nın qəbul etdiyi qətnamə demokratikləşməyə alternativin ol-madığını, əhali ilə təzyiq dilində danışmağın təhlükəli olduğunu, dinc insanların öz hökumətləri tərəfindən kütləvi şəkildə qırılmasının beynəlxalq müdaxilə ilə nəticələnə biləcəyini göstərdi.
Kataloniyanın referendum keçirib mərkəzləşdirilmiş dövləti rədd etməsi, Avropanın potensial separatçıları üçün də siqnal oldu: müstəqillik qazanmağa can atan qruplar fəallaşdı. İspaniya höku-mətinin müstəqillik referendumunu zorakılıqla boğmaq cəhdləri, bu dövlətin demokratik normala-ra sadiqliyi ilə bağlı suallar doğurdu və Yaxın Şərq ölkələri ilə yanaşı, Qərb ölkələrinin də öz də-yərlərinə yenidən baxmalı olduğunu göstərdi. Təsdiq olundu ki, Avropa Birliyi ölkələri özləri də, başqa ölkələrə münasibətdə daim müdafiə etdikləri, BMT nizamnaməsində əksini tapmış milli azlıqların öz müqəddəratlarını təyinetmə hüququnun reallaşmasına hazır deyillər. Və, bu hüququ reallaşdırmaq istəyən milli azlıqlar, son nəticədə iflasa məhkumdur. Bir sözlə, Qərbdə planı cı-zılmış ikili standartlar siyasəti bumeranq effekti verib, onu tətbiq edənlərin özünə qayıtdı. Başqa dövlətlərdə separatçıları dəstəkləyib bu ölkələrin ərazi bütövlüklərinə təhlükə yaratmaqla öz maraqlarını təmin etməyə çalışanlar, indi özləri separatçıları zorakılıqla dayandırmalı oldular.
Azərbaycanın ərəb dünyasında baş verən hadisələrə neftlə zəngin digər dövlətləri də qarışdırıb cəmiyyətdə rezonans yaratmağa hesablanmış informasiya müdaxilələrinə ("WikiLeaks"in açıqla-maları və s.) münasibətdə təmkin nümayiş etdirməsi və dövlət başçısı səviyyəsində balanslaşdı-rılmış siyasətə üstünlük verilməsi, sərvətimizi talan edib ərazimizi bölüşdürmək həvəsində olanla-rın arzularını gözlərində qoydu. 2015-2016-cı illərdə Prezident İlham Əliyevin iqtisadi hədəflərin qarşısında olan əngəllərin (xüsusilə gömrük və sahibkarlıqla bağlı) aradan qaldırılması, problemli sahələrdə əsaslı struktur dəyişikliklərinin aparılması, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin geniş formada tətbiqi ilə bağlı imzaladığı fərman və sərəncamlar, ölkənin gələcək daxili və xarici siyasətinə də təsirini göstərdi. 2016-cı il mayın 27-də Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə "Buta" sarayında keçirilən rəsmi qəbulda Az-ərbaycanda sərbəst toplaşma azadlığının, demokratiyanın olmamasından və insan hüquqlarının pozulmasından, avtoritar rejimin hökm sürməsindən danışıb iqtidarı ittiham edənlərin diqqətini demokratiyanın beşiyi sayılan ölkələrdə nümayişçilərin vəhşicəsinə döyülməsinə yönəldən dövlət başçımız, ikili siyasət yürüdənlərin dərdinin demokratiya olmadığının fərqində olduğunu dünyaya bəyan etmiş oldu. Qərb dövlətləri səfirlərinin də iştirak etdiyi tədbirdə dövlətimizin milli maraqla-rımıza zidd idarə edilməsinə cəhd edənlərin, bu alınmayanda ölkənin siyasi rəhbərliyini və şəxsən onun özünü hədəfə alan kampaniyaya start verdiklərini deməklə, İlham Əliyev diqqəti, onunla təzyiq dili ilə danışmaqla nəyəsə nail olmağın qeyri-mümkünlüyünə yönəltmiş oldu.
Azərbaycanın 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunları ilə yanaşı, bu il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etməsi, ölkəmizin müasirliklə yanaşı, islami dəyərlərə də sadiqliyinin göstəricisidir. Bu yarış, Prezident İlham Əliyevin Nazirlər Kabi-netinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında dediyi kimi tək idman tədbiri deyil, həm də, Azərbaycanın bu gün islama tapınanlar haqqında geridə qalmış sivilizasiya kimi rəy formalaşdırıb islamofobiyaya rəvac verənlərə, İslamı dünyaya təhlükə kimi qələmə verib terrorizmlə eyniləşdirənlərə cavabıdır. Bakıda bu oyunların keçirilməsi təriqətlərə parçalanmış İslam aləminin birləşib onları ayıran məsələlərlə bağlı ortaq məxrəcə gəlməsi, gücümüzün, imkanlarımızın, dini dəyərlərimizə sadiqliyimizin nümayiş etdirilməsi ba-xımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət - din münasibətlərini məzhəblərarası etimad mühitində quran, müsəlman dövlətləri üçün nümunə ola biləcək dini-dünyəvi dövlətçilik mo-delinə malik Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda İslam dünyasının maraqlarını daim önə çəkir. Dinlərarası qarşıdurmaların baş vermədiyi Azərbaycanda pravoslav və katolik kilsəsi fəaliyyət göstərir, digər dinlərin təmsilçiləri dini ayinləri sərbəst icra edə bilirlər.
Günbəgün addımları sürətlənən qloballaşma şəraitində informasiya yayımı vasitələrinin istə-nilən vaxt bilavasitə bu, yaxud digər şəxsin beynində formalaşan rəyə, onun dünyanın hansı nöq-təsində məskunlaşmasından asılı olmayaraq təsir göstərmək imkanı əldə etməsi, informasiya axını-nı ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevirib. Və, görünən budur ki, artıq informasiyanın toplanması, saxlanması, işlənilib yayılması və istehsalı proseslərinə öz qayda və qanunlarını diktə etməklə dünya çapında söz sahibi olmağa can atan beynəlxalq media şirkətləri də, bunun fərqindədirlər. Senzura tarixə qovuşsa da, transmilli korporasiyalar (və şübhəsiz ki, onların arxasında duranlar) xəbərlərin manipulyasiyası yolu ilə supergücləri dünya he-gemonluğuna aparıb ölkələrarası sərhədlərin, mədəniyyətlərarası fərqlərin silinməsinə yönələn məqsədyönlü təbliğat aparır, beynəlxalq rəyi nəzarətə almağa çalışırlar. 1991-ci ildə, belə bir mü-rəkkəb şəraitdə müstəqilliyini bərpa etmiş Azərbaycanın də üzvü olduğu beynəlxalq təşkilatların yürütdüyü "ikili standartlar" siyasətinə, "mətbuat, söz azadlığı, insan haqları" ilə pərdələnmiş tələb, təpki və təzyiqlərinə dirəniş göstərilməsi və milli-mənəvi dəyərlərimizə zidd qanunların qəbulunun əngəllənməsi media və dövlət qurumlarının birgə, sinxron fəaliyyətini qaçılmaz edir. Və, bu prosesdə ağırlığın əsas hissəsi də, elə peşəkar media kapitanlarının çiyninə düşür.
İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının bir-gə təşkilatçılığı ilə keçirilən "İslam həmrəyliyi və media" mövzusunda konfrans da əhalisi bu sülh, mərhəmət dininə (İslam) tapınan ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin media ilə əməkdaşlığa açıq olması və media nümayəndələrinin dini maarifləndirmə ilə bağlı tədbirlərdə iştirakı, Həsən bəy Zərdabi tərəfindən əsası ("Əkinçi") qoyulmuş Azərbaycan mətbuatında dini dəyərlərə və din xadimlərinə qarşı həs-sas münasibətin formalaşmasına zəmin yaradıb. Bu gün jurnalistlərimizin radikalizm və ekstremi-zm meyllərini, mövhumatı, xurafatçılığı davamlı tənqid edib əhalini dini təriqətlərlə, onların nüma-yəndələrinin apardığı zərərli təbliğatla bağlı maarifləndirilməsinə ehtiyac var. "İslam Həmrəyliyi İli" ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlər çərçivəsində jurnalistlərimizin İslam ölkələrinə səfəri və xarici jurnalistləri Azərbaycanda qəbul etməsi, bu maarifləndirmənin sərhədlərini daha da genişləndirmiş olur. Dini məsələləri daim gündəmdə saxlayan Azərbaycan, İslam ölkələri üçün örnək ola biləcək media modelinə malikdir. Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatında keçiril-məsi nəzərdə tutulan xarici işlər nazirlərinin toplantısında İslam ölkələrinin media qurumlarını bir-ləşdirən bir təşkilatın (yəqin ki, mərkəzi ofisi Bakıda yerləşəcək) yaranması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir. Güclü, qüdrətli İslam Birliyini formalaşdırmağı hədəf seçmiş belə bir təşkilatın yaradılması İslam dünyasının problemlərinin müzakirə edilib araşdırılması, təriqətlərarası ziddiyyətlərin aradan qaldırılması istiqamətində atılan addım olacaq. Bu təşkilatın ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın tənzimləməsinə yönələn koordinasiya olunmuş fəaliyyət sərgiləyib hamılıqla ortaq mövqedən çıxış etməyimizi təmin etməsi şərtdir.
İslam aləminin əqidə birliyinə və mənəvi həmrəyliyə, siyasi dəstəyə ehtiyac duyduğu bir vaxt-da Azərbaycanda 2017-ci ilin "İslam həmrəyliyi ili" elan edilməsi, müsəlman ölkələri arasında qarşılıqlı əlaqələrin güclənməsinə yönələn addım, islam dünyasında əmin-amanlığın, sülhün təmin olunmasına verdiyimiz töhfə olacaq. Bu gün İslama qarşı çirkin kampaniyaya rəvac verib müsəl-manları qarşı-qarşıya qoymaqla yenməyə çalışanlar qarşılarında vahid mövqedən çıxış edən güclü, qüdrətli İslam Birliyini görüb geri çəkilməli, hədəflərinə çatmamalıdırlar!
Dünya qlobal hərbi-siyasi kataklizmlərin məngənəsində çalxalandığı bir dövrdə Azərbayca-nın "sabitlik adası" olaraq qalmağa davam edib bölgənin lider dövlətinə, dinlər və sivilizasiyalar-arası dialoqların mərkəzinə çevrilməsi, ölkə başçısı səviyyəsində yürüdülən düşünülmüş siyasətin nəticəsidir. Bu əmin-amanlığın fərqində olub, hansısa xarici çevrənin bizi çirkin oyunlara alət etməsinə yol verməməliyik. Məkrli planlar güclü Azərbaycan qarşısında iflasa uğramalıdır!

İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru