ANA SƏHİFƏ / Layihə

Ən qədim türk soylarından - KOLANILAR...

9300    |   2017-12-02 00:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Cənubi Azərbaycanda və Türkiyədə də Kolanı Türklərinin adı ilə bağlı onlarla yer adı mövcuddur. Lakin bu adlar üzərində dayanmırıq. Niyə ki, niyyətimiz ölkəmizdən kənarda Kolanı nəsli ilə bağlı mövcud olan yer adlarını sadalamaq deyil.
Azərbaycandan kənarda yaşayan Kolanılar haqqında danışarkən İsrail və Suriya kolanıları üzərində bir qədər ətraflı dayanmağı lazım bilirik. O səbəbdən ki, son on illiklərdə Yaxın Şərqdə baş verən münaqişƏlərdən ən çox əziyyət çəkənlərdən biri bu torpaqlarda yaşayan Kolanı türkləridir.

Bir az başıbəlalı Kolan təpələri haqqında

Kolan təpələri 1967-ci ilə qədər Suriya torpaqları olub. Bəzən səhv olaraq buraya Colan və ya Golan təpələri, buranın yerli Türklərinə isə Colan və ya Golan Türkmənləri də deyirlər. "Suriyada Turkmanlari yaşadıqları bölgələr üzrə beş yerə ayırırlar. Lazkiye bölgəsində yaşayanlara Bayır-Bucaq Türkmənləri, Hələb və Rakka zonasında olanlara Hələb Türkmənləri, Hama və Hums bölgəsində yaşayanlara Hama və Hümus Türkmənləri, Şam bölgəsində yaşayanlara Şam Türkmənləri, Colan (Kolan - N.H.) təpələrində yaşayanlara isə Colan (Kolan - N.H.) Türkmənləri deyirlər." (Əli Şamil. "Colan Türkmənləri", Bakı, 2014).
1967-ci ildə İsrail ilə Ərəb dövlətləri arasında cəmi 6 gün davam edən müharibənin ardından Kolan təpələrinin böyük hissəsi İsrailin nəzarətinə keçdi. Bakı Dövlət Universitetinin dosenti, tədqiqatçı alim Vüqar Zəfəroğlu "İranın İsraillə Kolan təpələri düyünü" adlı məqaləsində məsələni belə xarakterizə edir: "Kolan təpələrinin ciddi strateji əhəmiyyəti olduğu məlumdur. Ən azından şirin su mənbələri son dərəcə məhdud olan İsrail və Ərəb ölkələri üçün bu ərazi cənnətin özüdür". Göründüyü kimi, Kolanılar min illər əvvəl bölgədə yaşamaq üçün ən əlverişli yeri özləri üçün daimi yurd yeri seçmişdilər. Suriyada yaşayan Kolanıların çoxu bu günə qədər öz dillərini qoruyub saxlamışlar. Görünür, öz dillərini və ənənələrini qoruyub saxlamaqda Suriyaya əsrlər boyu Türklərin (Tulunilər, Səlcuqlular, Osmanlılar və sair) nəzarət etməsinin də rolu olmuşdur...
Kolan təpələri İsrail tərəfindən ələ keçirildikdən sonra buranın yerli əhalisi - Kolanılar qaçqın vəziyyətinə düşdü. Onlar Kolan təpələrinin Suriyada qalan hissəsinə və Suriyanın digər bölgələrinə yerləşdilər. Uzun illər yenidən öz əzəli torpaqlarına - Kolan təpələrinə dönmək ümidi və həsrəti ilə yaşadılar. Ancaq gözlədikləri kimi olmadı, əksinə, 2011-ci ildə Suriyada qanlı toqquşmalar baş verdi. Kolanılar ikinci dəfə qaçqın oldular. Son illərin hadisələri zamanı çoxu Türkiyə ərazisinə keçdilər. Prof. Dr. Ümid Özdağ "Suriya Türkləri" adlı məqaləsində haqlı olaraq Kolanıları Suriyanın "ən şanssız" Türkləri adlandırır.
1967-ci ilə qədər Kolan təpələri adlanan yerdə 15-ə yaxın, bəzi tədqiqatçılara görə isə 20 kənd Kolanı Türklərinin məskunlaşdığı kəndlər vardı. Bu kəndlərdə yaşayan və köçürülmüş Kolanı Türklərinin ümumi sayının 70-75 min olduğu deyilir.
Kolanıların keçdiyi tarixi yola nəzər salanda həqiqətən onların "ən şanssız" Türk soylarından biri olduğu görünməkdədir. Şimali Azərbaycanda və Ermənistanda istər çarizm dövründə, istərsə də Sovet İmperiyası zamanı ən çox əzab çəkən "yurddan didərgin olan" tayfalardan biri Kolanı tayfası oldu. Eyni şəkildə, 1967-ci ildə İsrail ilə Ərəb dövlətləri arasında gedən müharibədə və son illər Suriyada cərəyan edən hadisələrdə ən çox əzab çəkən soylardan biri məhz Kolanı Türkləri oldu. İsraildən qaçqın düşdükdən sonra hələ özlərinə gəlməmiş yenidən qaçqın oldular. 2016-cI ildə Kolanı türkü olan Suriyalı jurnalist Semih Dəniz mətbuatda yazırdı: "Kolan xalqı 40 ildir ki, Suriya rejiminin işğal altındakı torpaqların kimliyinə qovuşacağına vəd edən saxta şüarlar altında yaşadı".
İsrail dövlət olaraq var olduğu müddətcə Kolan təpələri kimi çox əhəmiyyətli ərazini əldən verməyəcək. Keçən il İsrailin Baş Naziri Netahyahu ölkəsinin nazirlərini məhz nKola təpələri bölgəsində toplayaraq iclas keçirdi və buradan qarşı tərəfə mesaj verdi: "İsrail Kolan təpələrini əbədi əlində saxlayacaq". Bizim üçün əhəmiyyətli olan bu təpələrin İsrail və ya Suriya tərəfindən nəzarəti deyil, Kolanıların əzəli torpaqlarına qayıdıb, min illik həyatlarını rahat şəkildə davam etməsidir. İnanırıq ki, nə vaxtsa bu problem həllini tapacaq. İsrail Kolanılarının bu fikirdə olduğunu deyə bilmərəm, amma onlar da bu inamdadır. "Kolan Türkləri Əməl Dərnəyi" nin ictimaiyyətlə əlaqələr sədri Ziyad Məhəmmədin dediyi kimi "Kolan xalqı nəsillərin dəyişməsinə baxmayaraq, haqlarından və ərazilərindən güzəşt vermədi, geri addım atmadı". Demək ki, nə vaxtsa bu inancın reallaşmasına inanmaq üçün əsasımız var...

İnamlı sonlandırıcı və ya tarixdə iz qoymuş məşhur Kol (an) lar:
Kül Tikin və ya Kol Tikin

Şərq (Doğu) Göytürk Xaqanlığını qardaşı Bilgə Xaqanla birlikdə idarə edərdi. Əsasən hərbi işlərə rəhbərlik edirdi. O, Kutla (İlteriş) Xaqanın oğlu idi. 684-ci ildə doğulmuş, 731-ci ildə ölmüşdür. Türkün daş yaddaşı olan Orxon-Yenisey yazılarında və qədim Çin mənbələrində adı tez-tez hallanır. Cəsur ordu komandanı və məğlubedilməz döyüşçü kimi baxılır. Çin mənbələri Kül Tikindən bəhs edərkən "Məğlubedilməz döyüşçü" ifadəsini istifadə edir. Orhun-Yeniseydəki daş abidələrdən biri məhz Kül Tikin abidəsidir. Bu abidəni, ölümündən sonra qardaşı Bilgə Xaqan həkk etdirmişdi. Daş üzərində olduqca diqqət çəkici bir nöqtə var: Bilgə Xaqan yazıda Kül Tikini "Apa" deyə yad etmişdir. Bu söz qədim Türk dilində "böyük, ulu, uca" və ya "böyüyüm" mənasını verir. Böyük qardaşa və ataya müraciət forması kimi işlənirdi. Çox maraqlıdır ki, indinin özündə də Kolanı Türkləri arasında böyüyünə, atasına "Apa" (qılınc) deyə müraciət edənlər var. Məhz bu yazının müəllifi atasına belə müraciət edirdi.

Kul Baş

Dədə Qorqud dastanlarında adı keçir. Kül Tikinlə eyni soya və ya eyni sinfə mənsub olduğunu söyləmək mümkündür. Nə yazıq ki, bəzi tədqiqatçılar məsələnin dərininə getmədən bu adın izahını müasir Fars dilində axtarırlar. Məsələn, "Xilbaş sözünün təhrif olunmuş" variantıdır.
"Kitabı-Dede Qorqud " antroponimiyasının etimoloji əsasları. Azərbaycan onomastikası problemləri, III, Bakı, 1990. Türkoloq V.V. Bartold isə bu sözü məhz Kulbaş (Kul Baş) şəklində yazır. Fəzlullah Rəşidəddinin "Oğuznamə" sində isə Qul Başın adı Sarı Kul Baş olaraq keçir (Fəzlullah Rəşidəddin "Oğuznamə", Bakı, Azərnəşr - 1992).

Kul Çor

699-cu ildə paytaxtı Balasaqun olan Türkeş dövləti yaradıldı. Bu dövlət 766-cı ilə qədər mövcud oldu. Kul Çor bu dövlətin ən güclü xaqanlarından biri idi. 720-ci illərdə hələ xaqan olmadan əvvəl Türküstana soxulan işğalçı Əməvi qoşunlarına qarşı müqavimət göstərmişdi. Onun komandanlığı altında döyüşən Türkeş ordusu Əməvi qoşunları üzərində parlaq qələbə qazanmışdı. Türkeşlərin qələbəsindən sonra Əməvilər Orta Asiyadan geri çəkilmişdi. Kul Çor 738-ci ildə Türkeşlərin xaqani oldu. Xaqan olduqdan sonra adını dəyişib Baka Tarkan qoymuşdu.

Kül Xaqan və ya
Kol Xaqan

742-ci ildə Türküstanda qüdrətli bir dövlət tarix səhnəsinə çıxdı.
Bu, Uyğur Xaqanlığı idi. Kül Xaqan (Kol Xaqan) bu Xaqanlığın ən məşhur rəhbərlərindən biri olmuşdu.
O, həm də bilgəliyinə (alimliyinə, çox bildiyinə - Q.B.) görə Bilgə Kül Xaqan kimi də tanınırdı. Kül Xaqan 744 ildən 747 ilədək Xaqan olmuşdu.

Kol Erki Xan

Oğuz Xaqan dastanında və Fəzlullah Rəşidəddinin "Oğuznamə" sində adı keçir. Fəzlullah Rəşidəddin "Oğuznamə" də yazdığına görə Kayı İnal Yabqudan sonra onun oğlu Tuman böyüyənə qədər dövlət başçısı olmuşdu. Kayı İnal öldükdə oğlu Tuman yaşca kiçik olduğu üçün dövləti onun naibi (səlahiyyətli nümayəndəsi) Kol Erki Xan yönətmişdi. Tuman böyüyəndə dövlətin başqanı olmuş və Kol Erki Xanın qızı ilə evlənmişdi. Tuman da bir az Xaqanlık etdikdən sonra taxta Kol Erki Xanın qızından olan oğlunu gətirmişdi. Çox böyük ehtimalla bu hadisə miladdan yüzlərlə il əvvəl Oğuz dövlətində olmuşdu, Kol Erki Xan da Sak-Oğuz dövlətinin başçısı olmuşdu.
Bu və bu kimi məsələlər müəyyən edir ki, Kolanı Türkləri miladdan yüz il geriyə Kül və ya Kol adı ilə ayrıca Türk boylarından biri kimi, tanınmış. Kol Türkləri ən qədim Sak-Oğuz nəsillərindən biridir və min illər əvvəl ayrı-ayrı Türk dövlətlərinin qurulmasında və yönətilməsində fəal rol oynamışlar. Aralarında məşhur ordu komandirləri, xaqanlar və müdrik dövlət xadimləri vardı. Yuxarıda nümunə gətirdiklərimiz onlardan yalnız qismidir.

Namiq Hacıheydərli

Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə
uyğunlaşdırdı:
Professor
Qurban Bayramov.
Mənbə: Ovqat.com, 29.04.2017.



İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK