adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Dekabr 2017 17:12
13153
MƏMLƏKƏT
A- A+

“Sağlam Təbiət” layihəsi başladı

Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə ”Sağlam Təbiət” layihəsinə start verilib.

"Sağlam Təbiət” layihəsinin açılış mərasimi baş tutub. "İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı, idarə heyətinin üzvü Kənan Əliyev çıxış etdikdən sonra Malik Bağırovun"TOT" (Təbiətdən oğurlanmış texnologiyalar) təlimi keçirilib. Təlim çox maraqlı anlarla yadda qalıb və gənclərin marağına səbəb olan faktlar ortaya çıxıb. Təlimdən dərhal sonra "TOT" oyunu keçirilib. Oyunda gənclər 5 komandaya bölünüb və hər komanda ayrı ayrılıqda suallara cavab tapıb. Qaliblər isə layihənin sonuncu günündə açıqlanacaq.

Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Tubu Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin ekoloji biliklərini genişləndirmək, ekologiya və yaşıl iqtisadiyyat sahələrinə marağı artırmaq, gənclərin "yaşıl fəaliyyət”-ini stimullaşdırmaq və gənclərin fəaliyyətinə motivasiya verməkdir.

"Sağlam Təbiət” layihəsi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilməsi planlaşdırılan layihədir. Layihədə ümumilikdə 30 gənc iştirak edəcək. Layihə çərçivəsində gənclərə 3 gün müddətində ekologiyanın bir çox sahəsində təlimlər keçiriləcəkdir. Layihə çərçivəsində təlimlər, həmçinin maraqlı maarifləndirici oyunlar, sorğu və iştirakçıların əl işlərindən ibarət sərgilər keçiriləcəkdir.