adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Dekabr 2017 17:28
12576
SAĞLAMLIQ
A- A+

Daha yaxşı görmək üçün bunları edin

Alimlərin fikrinə görə, görə görmə problemlərinin əsas səbəblərindən biri görmə aparatının həddindən artıq yüklənməsidir.

Müasir insanların gözləri olduqca çox yüklənir ki, bu da bütün dünyada ildən ilə görmə problemlərinin artmasına gətirib çıxardır.

Keçmiş əsrin əvvəllərində amerikalı həkim-oftalmoloq Uilyam Beyts gözlərin dincəlməsi və gərginliyin azaldılması üçün çox sadə üsul təqdim edib.

Sağlamolun.az-ın məlumatına görə, bu sadə və effektli metodikanın əsasında qədim Şərq müalicə metodları, yoqların meditasiya üsulları durur.

Bütün dünyada bu metod "palminq" kimi tanınır.

Bunun üçün masa arxasında oturub dirsəkləri masaya qoymaq və gözləri ovucları ilə bağlamaq lazımdır.

Belinin düz olmalıdır. Məşqi etdikdən əvvəl əllərinizi bir birinə sürtün ki, əllər bir qədər qızsın. Gözlərinizi yumun və bu vəziyyətdə ən azı 5 dəqiqə oturun. Əlləriniz tam sərbəst olmalıdır, gözlərinizi sıxmayın.

Bu məşqi gündə 3-5 dəfə edin. Palminq həm görməni qoruyur, həm də sinir sisteminin vəziyyətinə müsbət təsir edir - sakitləşdirir, stressi və baş ağrıları azaldır.