adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Dekabr 2017 11:52
20867
MARAQLI
A- A+

800 milyon insan robotlara görə işsiz qalacaq

Robotların 2030-cu ilə qədər 400 – 800 milyon insanı işsiz qoyacağı irəli sürülüb.

Adalet.az a24.az-a istinadən xəbər verir ki, "McKinsey Global” institutu tərəfindən 800 ixtisasla bağlı 46 ölkədə aparılan araşdırmada robotların iş həyatına daxil edilməsi ilə hər 5 işçidən birinin təsirlənəcəyi qeyd edilib.

İnkişaf Etmiş Ölkələrdə (İEÖ) 3 nəfərdən biri işsiz qalacaq…

Robotların bütün dünyada deyil, daha çox varlı ölkələrdə istifadə olunacağını düşündükdə işçi qüvvəsində azalmanın daha çox Almaniya və Amerika kimi inkişaf etmiş ölkələrdə yaşanacağını, hər 3 nəfərdən birinin işsizlikdən əziyyət çəkəcəyi bildirilib.

Araşdırmaya görə, robot dövrünün cəmiyyətə zərər vermədən həyata keçirilməsi üçün dövlətlərin müxtəlif iş sahələrində təhsilə sərmayə qoymaları lazımdır.