adalet.az header logo
  • Bakı 21°C
01 Dekabr 2017 16:00
18705
İDMAN
A- A+

“FİFA reytinqi tam obyektiv deyil”

"FİFA reytinqinin hesablama sistemi tam obyektiv deyil. Biz bu məsələnin üzərində işləyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Canni İnfantino deyib.

DÇ-2018-in final mərhələsinin bu gün keçiriləcək püşkatması ərəfəsində müsahibə verən qurum başçısı əksər hallarda narazılıq yaradan FİFA reytinqinin hesablama sistemində dəyişikliklər ediləcəyini açıqlayıb: "Yeni reytinq sistemi piramida şəklində olacaq. Müxtəlif ölkələrin, fərqli qitələrin komandalarını müqayisə etmək çətindi. Onlar demək olar ki, bir-biri ilə heç qarşılaşmır. Təzadlar da yaranır. Bunu başa düşürük və üzərində çalışırıq”.

Qeyd edək ki, Azərbaycan yığması hazırkı reytinq siyahısında 281 xalla dünyanın 117-ci komandasıdı.