adalet.az header logo
  • Bakı 19°C
01 Dekabr 2017 16:07
19415
DÜNYA
A- A+

Tramp Yaxın Şərqi fəlakət meydanına çevirəcək

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqi fəlakət meydanına çevirəcək bir addım atmağa hazırlaşır.

Adalet.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın "Uol Strit” qəzeti çıxış edib.

Qəzet bildirib ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımağa, daha sonra isə ABŞ səfirliyini buraya köçürməyə hazırlaşır.

Qeyd edək ki, Fələstin Qüdsün şərq hissəsini öz paytaxtı elan etmək istəyir, İsrail isə Qüdsə bütünlüklə iddia edir.