adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Dekabr 2017 15:09
15828
DÜNYA
A- A+

Polis axtardığı oğrunu izlədikləri serialdan tapdı

Kocaeli şəhərində evə girərək oğurluq edən və uzun zamandır polis tərəfindən axtarılan şəxs "Payitaht Abdülhamid” serialının aktyoru imiş.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis oğrunu elə serialı izləyərkən tapıb. Belə ki, oğrunun əlamətlərinin G.G. adlı aktyorla uyğun gəldiyini görən polislər müşahidə kameralarını izləyib şəxsi dəqiqləşdirəndən sonra dərhal çəkiliş meydançasına basqın ediblər. Çəkilişdən çıxarkən tutulan G.G. serialda padşahın cangüdəni rolunda oynayıb.

Qeyd edək ki, G.G. girdiyi evdən 2 ədəd noutbuk, 30 paket siqaret, 200 lirə (təxminən 100 manat) pul və kredit kartlarını götürüb.