... 1975-ci iliniyun ayıydı. Bizonda jurnalistika fakültəsinin ikinci kursunda oxuyurduq. Və"Bakı-Baku" axşam qəzetində təcrübə keçirdik. Təbii ki, bu təcrübəbizim ilk təcrübəmiz idi və çox şeyi də bilmirdik. Bir həftədən artıq idi ki, qəzetəgəlib-gedirdik, hələ bir məqaləmiz də çap olunmamışdı. Qəzetin redaktoru,sevimli müəllimimiz Nəsir İmanquliyev "letuçka" keçirəndə əməkdaşlardansoruşdu ki, jurnalistika fakültəsinin tələbələrinin neçə yazısı çap edilib."Letuçka"da iştirak edən şöbə müdirləri və ədəbi işçilər dedilər ki,hələ heç birinin yazısı hazır deyil. Rəhmətlik Nəsir müəllim bundan çox əsəbləşdivə şöbə müdirlərinə ciddi tapşırıq verdi ki, bugünkü axşam qəzetində onlarınyazılarını çapa hazırlayırsınız. Nəsir müəllim deyəndən sonra kimin cəsarətiçatardı ki, onun sözünün qabağına söz desin və yazıları hazırlamasın.
"Letuçka"dançıxıb şöbələrə qayıtdıq. Onda mən və bir neçə tələbə dostum qəzetin"Partiya həyatı" şöbəsində təcrübədəydik. Şöbə müdiri Əlabbas Əliyevezamiyyətdəydi. Onu qəzetin ədəbi işçisi Mail Cəbrayılov əvəz edirdi. Mail müəllimözünəməxsus bir təbəssümlə mənə dedi ki,bu dəqiqə sənin yazılarına baxacam. O, mənim qələmə aldığım bir neçə yazıya gözgəzdirdi və 10-15 dəqiqə ərzində iki yazımı redaktə edib qəzetin axşam nömrəsinəhazırladı. Həmin yazıların hər ikisi ardıcıl olaraq çap edildi...
Vəonda mən Mail Cəbrayılovu yavaş-yavaş tanımağa başladım. Düz 3 ay bu qəzetdə təcrübədəolduq. Və 3 ayda nə az, nə çox 10-15 yazım dərc olunmuşdu. Qonorara da baxdımsevindim. 200 manata yaxınqonorarım vardı. Ha istədim ki, bu qonorarla Mail müəllimə bir qonaqlıq verim,o bundan daha da əsəbləşdi. Dedi ki, tələbə adamsan, alın təriylə pulqazanmısan, get, pullarını özünə xərclə! Bir neçə dəfə də təcrübədə olandaredaksiyanın birinci mərtəbəsindəki yeməkxanada Mail müəllim bizim pulumuzuvermişdi...
Elə o vaxtdanMail Cəbrayılovla aramızda dostluq münasibəti yarandı. Çöhrəsində həmişə birnur vardı. Özü də çox cəld və çevik idi. "Bakı-Baku" qəzetinin pilləkənlərinisürətlə qalxıb enərdi və yorulmazdı. Amma mənim o pilləkənlərlə qalxıb enməyiməMail müəllim məəttəl qalardı və sonra da deyərdi ki, cavanlıq belədir də...
... Onunla dahayaxından "Ədalət" qəzetinə gələndən sonra dostluğumuz başladı. Mailmüəllim əvvəllər "Təşviqatçı" jurnalında, "Respublika" və "Azərbaycan" qəzetlərində məsulvəzifələrdə işləmişdi. O heç vaxt cavanların yanında özünü təkəbbürlüaparmazdı. Əksinə, bizə elə bir nümunə olardı ki, ondan öyrənməyə çalışardıq.Bir qədər də yaxınlıq eləyəndən sonra gördüm ki, Mail müəllimin mənim həyatyoldaşımgilnən qohumluğu da varmış.
Baldızım Səkinəxanımı iki dəfə ölümdən qurtarıbmış. Qayınatam da zəhmətkeş və halal adamıydı.Rayonda həkimlər baldızıma kömək edə bilməyiblər və onlar da Mail müəllimiaxtarıb tapıblar. Mail müəllim də xəstəxanalardan birinin baş həkiminə zəng eləyibvə onlar da baldızıma qarşı çox diqqətli olublar. Mail müəllimin zənginə görə,baldızımdan bir qəpik də pul almayıblar. Qayınatam da Mail müəllimin xəcalətindənçıxmaq üçün ona kənddən qoyun kəsib gətirib və Mail müəllim də bunu götürmür.Deyir ki, tay mənimlə yad adamın nə fərqi oldu?! Apar o payı ehtiyacı olanqohumuna ver! Qayınatam da kəsdiyi qoyunu kəndə qaytarmır. "Gənclik"dəyaşayan imkansız qohumuna verir...
Mail Cəbrayılovçox böyük ziyalıydı, çox böyükjurnalistiydi və sözün həqiqi mənasında çox böyük ürək sahibi idi. Onunürəyinə bütün dünya sığardı. Və həmişə də çalışardı ki, yıxılana arxa dursun,ayağı büdrəyəni yıxılmağa qoymasın, çətin vəziyyətdə olana "qorxma!"desin...
Bir gün də mənəbir dəvətnamə verdi. Onda "Respublika" qəzetində işləyirdi. Dedi ki,səni Alimlə Vaqifin toy məclisinə dəvət edirəm. "Allah mübarək eləsin!"dedim. Və sonra da sözün açığı təəccübləndim. Sən demə, Mail müəllim oğlanlarıAlimlə Vaqifin toy məclislərini bir yerdə eləyirmiş. Heç yadımdan çıxmaz, həmintoyda da məclisi Mail müəllimin tələbə yoldaşı Rəfael müəllim aparırdı. Rəfaelmüəllim də elə-belə adam deyildi. O vaxt Mərkəzi Komitədə məsul vəzifədə işləyirdi.Amma o qədər sədaqətli, o qədər yaxşı dost idi ki, Mail müəllim bu təklifiniyerə salmamışdı. Toy çox gözəl keçdi. Bütün tanıdığımz jurnalistlər, qələmdostlarımız hamısı orda iştirak edirdi. Və o gün heç yadımdan çıxmaz ki, Mailmüəllim elə bil göyün yeddinci qatındaydı. Axı o, iki oğul evləndirirdi və evədə eyni vaxtda iki gəlin gətirirdi...
... Onun qədərnikbin, onun qədər zəhmətkeş hər adam ola bilməzdi. Və onun qədər də isti ürəyitapılan az adam olardı. Həmişə də çalışardı ki, ürəyinin istisini, sevincini, fərəhinihamı ilə bölüşsün. Həmişə çalışardı ki, kiməsə yaxşılıq eləsin, kiminsə qəlbinəişıq salsın...
O, bizim qəzetdədə uzun müddət külüng çalıb, yazı yazıb və öz imzasını bir daha böyük oxucukütləsinə tanıtdırıb. O yazılarla Mail müəllim həm də özünə çoxlu dostlar, vəfalısirdaşlar tapmışdı. Mail müəllimi bir dəfə görən adam heç vaxt ondan əl çəkməzdi.Çünki çöhrəsindəki nuranilik, hərəkətindəki ziyalılıq, oturub-durmağındakıağayanalıq onunla bir stəkan çay içənadamın həmişə diqqətini çəkirdi.
... Günlərin birgünü Mail Cəbrayılovla bazara getdik. O, 15 kilo ət aldı və buna təəccübləndim.Dedim ki, ay Mail müəllim, yoldaşın, bir də özünsən, bu 15 kilo əti neynirsən?Dedi ki, qulaq as, deyim:
- Bunun 5 kilosuVaqifgilindi, 5 kilosu qızımgilin, 5 kilosunu da ki, evimizə aparacam. Sonragülümsəyib əlavə elədim:
- Ay rəhmətliyinoğlu, sən qızını da köçürmüsən, Vaqifi də evləndirmisən, hamısının daişi-gücü var. Tay bundan sonra onlara nəkömək? Özünəməxsus bir təmkinlə dilləndi:
- Allah qoysa, qızını köçür, oğlunu evləndir, görümevə aldığın bazarlıq sənin boğazından keçir, keçmir?! Bax, onda görəcəksən ki,Mail müəllim nə çəkib?!
Mən də 12 ildirqızımı köçürmüşəm. Və indi-indi hiss edirəm ki, rəhmətlik Mail müəllim hansı əziyyətlərəqatlaşıb. Gərək bir əlin sənin qızının üstündə olsun... gərək bir əlin nəvələrininyanında olsun... gərək bir əlin o biri evlənmiş oğluna da kömək eləsin... Yoxsabelə olmasa ilan vuran yatar, sən yata bilməzsən və yediyin də boğazından keçməz.Hər dəfə həmin anları xatırlayıb Mail müəllimə qəni-qəni rəhmət olsun deyirəm...
O, bizdə işləyəndəhamımız ona "polkovnik" deyərdik. Elə çoxları da ona "polkovnik" deyirdi. Yəqinsiz "Baharın on yeddi anı" rus filminə baxıbsınız. Həmin filminssenari müəllifi məşhur rus yazıçı Yulian Siminov idi. Film 41-45-ci il müharibə dövründən bəhs eləyir.Orda bir alman zabiti var: polkovnikŞelenberq. Bax, o polkovnik Şelenberq rəhmətlik Mail müəllimə oxşayırdı. Hərəkətləri,münasibətləri, insanlarla ünsiyyət qurmağı da tamamilə rəhmətlik Mail müəlliməbənzəyirdi. Və onu da deyək ki, Şelenberqlə Şterlis yaxın dost idilər. Sözümüncanı odur ki, Mail müəllim insanları ətrafına yığmağı, onlarla duz-çörək kəsməyi,dostluq eləməyi bacarırdı...
Rəhmətlik Mailmüəllim, Lətif Süleymanlı, Məhəmmədəli Mustafa, Babək Yusifoğlu və mən birotaqda əlyəşərdik. O bizdən yaşca böyük olsa da, bizimlə övladı kimidavranırdı. Hətta tez-tez süfrə açar, araqdan, konyakdan gətirər MəhəmmədəliMustafa və Babək Abıyevlə bala-bala vurardılar. O, bizimlə yoldaşlıq, dostluqeləsə də, səhvimizi də deyərdi və tez-tezbizi danlayardı. Xüsusilə Məhəmmədli Mustafa ilə yoldaşlıq elədiyinə görə,ona xatırladardı ki, adam dəqiq olar. Çünkirəhmətlik Mail müəllim görüş yerinə gələrdi və görərdi ki, Məhəmmədəli hələgəlib çıxmayıb. Məhəmmədəli də bir saatdan sonra həmin yerə gəlib çatardı. Bax,onda Mail müəllim əsəbləşər və Məhəmmədəlini o ki var sıxıb-sıxışdırardı.
Çox səliqəli,çox dəqiq, çox da intizam sevən adamıydı. Otağa girən kimi hər şeyə fikir verərdi.Bizim ağzımız nəyiydi ki, stolun üstündə, ya da yerdə bir səliqəsizlikyaradaydıq. Bax, onda hövsələdən çıxardı. Biz də bunu bildiyimizə görə, səliqə-səhmanavə oturuşumuza-duruşuma diqqət yetirərdik. İstəyərdik ki, yazı yazmağa, hər hansı adamla müsahibə almağa onunla gedək.Çünki Mail Cəbrayılov yüksək səviyyədə qəbul edilən, hörmətlə xatırlananjurnalist idi. O, bizim qəzetdə şöbə müdiri işləyirdi. Çox vaxt da LətifSüleymanlı, Məhəmmədəli Mustafa və mən özüm onu qabağa verərdik. Çünki o nuru,o kişini görən adam onu sevgiylə qarşılayırdı. Hətta Aqil Abbas kimi əsəbi biradam Mail müəllimə görə yanındakılara bir söz deməzdi. Aqil Abbas da yaxşı bilirdi ki, Mail Cəbrayılovnecə ağsaqqal, ağayana, təmiz bir ziyalıdır.
Ömrünün son illərindəşəkər xəstəliyinə tutulmuşdu. Və həmişə də bizə deyərdi ki, bu xəstəlikləzarafat eləməyin. Mən zarafat elədim, ayağım kəsildi. Amma Lətifə demişəm ki, pəhrizinisaxlasın, dərmanını içsin.
Xəstə olanda ənazından ayda bir dəfə ona baş çəkərdik. Sədaqətli xanımını, övladlarını, nəvələrinigörüb bir qədər sevinərdik. Çünki hər xanımın işi deyil ki, ağır xəstəliyədüçar olmuş həyat yoldaşına sədaqətlə xidmət eləsin. Mail müəllimin dörd övladıvar. O, dörd övladın dördu də çox tərbiyəli, çox savadlı, çox ziyalı uşaqlardı.Böyük oğlu Alim Respublika Prokurorluğunda məsul vəzifədə çalışır. Rövşənbizneslə məşğuldur. Vaqif isə bacardığı işin qulpundan yapışıb. Səhv eləmirəmsə,Mail müəllimin qızı da Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Mail Cəbrayılovbarəsində həftələrlə, günlərlə danışmaq olar. Və onun haqqında roman da qələməalmaq mümkündür. Çünki bu adam başdan-ayağa yaxşılıqdan, insanlıqdan və işıqdanibarət idi. Və bu adam inanmıram ki, kiminsə qəlbinə toxunardı. Həttatoxunsaydı belə, özünəməxsus təbəssümləonun ürəyini ələ alardı və bir dəqiqənin içərisində hər şey yaddançıxardı...
Mail müəllimdünyasını dəyişəndən sonra onu Şabran rayonunda dəfn elədilər. Biz də yasdanqayıdanda çox hüznlüydük. Çünki uzun müddət dostluq elədiyimiz, ağsaqqalbildiyimiz böyük bir jurnalisti, böyük bir ziyalını itimişdik. Onda mən Alimi də,Vaqifi də, Rövşəni də bağrıma sıxdım və dedim ki, sizin kimi övladı olan ataheç vaxt ölməyib. Ən azından ona görə ki, sizin hər birinizdə atanızın birnişanəsi var. Məhəmmədəli Mustafa yasda ağlaya bilməmişdi. Elə dolub qalmışdı.Bulud necə dolub qalırsa, o da o vəziyyətdəydi. Maşına əyləşdik, bir qədəraralandıq. Onda Məhəmmədəlinin hönkürtüsünüeşitdik. O qədər hönkürdü ki, axırda sakitləşdi. Dedi ki, o, mənim ənyaxın dostumuydu. Bayaqdan ağlaya bilmirdim ürəyim partlayırdı. İndi ağladım ürəyimsakitləşdi...
Mail müəllimkimi insanlar həmişə yaşayırlar, həmişə xatırlanırlar. Və mən də bir neçə gün əvvəlonu yuxumda görmüşdüm. İki-üç gün özümə gələ bilmədim. Ruhuna salavat çevirdim,Yasin oxudum. Sonra da düşündüm ki, onun ruhunun şad olması üçün elə bu yazınıqələmə alım. Çünki Mail Cəbrayılov nəinki bizim, çoxlarının qəlbində, ürəyindəözünə əbədi iz qoyub. O, hər kişinin eləyə bilmədiyi kişilikləri eləyib. Mail Cəbrayılovelə bir kişi ömrü yaşayıb ki, bu ömürlə onun övladları, nəvələri həmişə qürurduyacaq. Elə biz də qürur duyuruq ki, elə bir kişiylə bir yerdə işləmişik,duz-çörək kəsmişik, dostluq eləmişik...