adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Dekabr 2017 07:49
14136
İDMAN
A- A+

Autizmlilər daha bir ilkə imza atdılar

Autizmli gənc və uşaqlar arasında ilk dəfə atletika yarışı keçirilib

Bakı Autizm İdman Klubundan (BAİK) verilən məlumata görə, noyabrın 30-da Respublika Olimpiya Mərkəzində (MANEJ) Autizmlilərin İdman Klubu(AİK) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Autizmli gənc və uşaqlar arasında atletika yarışları keçirilib. Yarışlar müxtəlif yaş qrupları üzrə — qaçış, top atma, yerindən uzunluğa tullanma idman növləri üzrə təşkil olunub.

Keçirilən qaçış yarış zamanı 7-8 yaş uşaqlar arasında BAİK təmsilçisi alan Fərzəliyev Asim 60 metrlik məsafəni 12.35 saniyəyə qaçaraq ilk yerin sahibi olub. Autizmlilərin İdman Klubunda (AİK) təlim alan Mirzəyev Toğrul isə həmin məsafəsi 13.81 saniyəyə qaçaraq 2-ci yerə çıxıb. 9-10-11 yaşlılar arasında isə eyni məsafə üzrə qaçış yarışında iştirak edən AİK üzvü Xəlilov Ömər 12.65 saniyə ilə 2-ci yerdə qərarlaşıb. 13-19 yaş üzrə qaçış yarışlarında iştirak edən BAİK üzvü Bayramov Kamal 10.38 saniyə üzrə digər yarış iştirkaçılarında üstələyərək 1-ci yerin qalibi olub. Həmin yaş üzrə AİK təmsilçisi Ələkbərov Mirməhəmməd 10.60 saniyə ilə 2-ci yerin sahibi olub. AİK-in daha bir təmsilçisi Məmmədov Elvin 10.58 saniyə ilə 2-ci yerə çıxıb.

Top atma idman növü üzrə keçirilən 7-8 yaş qrupları arasında AİK təmsilçisi Mirzəyev Toğrul 1-ci yer, BAİK təmsilçisi Hüseynli Mehdi 5-ci və Fərzəliyev Asim 6-cı yerin sahibi olublar. 10-11 yaş qrupları arasında BAİK-in təmsilçisi Ağayev İsmayıl 3-cü, həmin klubun digər təmsilçisi Rəcəbov Akif 4-cü yer, AİK-in təmsilçisi Məmmədli Elnar 5-ci yerdə qərarlaşıb. Eyni idman üzrə 13-19 yaş qrupları üzrə yarışlarda BAİK-in təmsilçisi Əliyev Xaqan 1-ci, Bayramov Kamal 2-ci, AİK təmsilçisi Məmmədov Elvin 3-cü, AİK təmsilçisi Ələkbərli Mirməhəmməd 4-cü, BAİK təmsilçisi Əliyev Əli 5-ci, BAİK təmsilçisi İbrahimov İsmayıl 6-cı, BAİK təmsilçisi Mehdizadə Mətin 7-ci yerin sahibi olublar.

Yerindən uzunluğa tullanma yarışlarında 7-8 yaş qrupları üzrə AİK təmsilçisi Mirzəyev Toğrul 1-ci, BAİK təmsilçisi Hüseynli Mehdi 3-cü yerə çıxıblar.
9-11 yaş qrupları üzrə analoji yarışda AİK təmsilçisi Xəlilov Ömər 3-cü yerin sahibi olub. 13-19 yaş qruplaında isə BAİK təmsilçisi Bayramov Kamal 1-ci, AİK təmsilçisi Əliyev Xaqan 2-ci, BAİK təmsilçisi İbrahimov İsmayıl 3-cü yerin sahibi olublar.