adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Dekabr 2017 15:41
87153
HADİSƏ
A- A+

Abşeronda kütləvi dava

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

İki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri - Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri - İlqar Dadaşov, Cəsur Səbzəliyev, Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib.

Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.