adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Dekabr 2017 13:44
12602
MƏMLƏKƏT
A- A+

Azərbaycanda bu vəzifəli şəxslər cərimələnəcək

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək.

Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Belə ki, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.