adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Dekabr 2017 13:32
15303
SİYASƏT
A- A+

Əliyev Əfqanıstan prezidenti ilə təkbətək görüşdü - Foto

Bu günAzərbaycan Prezidenti İlham Əliyevin Bakıda işgüzar səfərdə olan Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

Adalet.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb.

Sonra prezidentlər birgə foto çəkdiriblər.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.

Bu səfərin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

***

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.