adalet.az header logo
  • Bakı 18°C
01 Dekabr 2017 13:37
12642
SİYASƏT
A- A+

“Qadınlara siqaret tüstüsünün necə təsir etməsini fikirləşməliyik”

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulunun tərəfdarıyam Amma burada həllini tapmayan məsələlər çoxdur. Belə ki, qanunda hansı formada açıq və qapalı yerlərdə tütün məmulatlarından istifadə olunacağı müəyyənləşməyib”.

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

Deputat deyib ki, açıq yer dedikdə uşaq bağçasının önü, məktəbin yaxınlığı da nəzərdə tutula bilər.

"Bizdə bu yerlərdə siqaret çəkilməyin qadağan edilməsi nəzərdə tutulub. Lakin insanlar digər tərəfdən qanunda nəzərdə tutulan "açıq yerlər” ifadəsindən istifadə edib bu yerlərdə siqaret çəkə bilərlər. Misal üçün kimlərsə restoranların qarşısında düzülən stollarda da siqaretdən istifadə edə bilər. Amma biz oradan keçən azyaşlı, uşaq, ağsaqqal və qadınlara siqaret tüstüsünün necə təsir etməsini fikirləşməliyik.

Bu baxımdan hesab edirəm ki, restoranların özləri siqaret çəkmək üçün yerlər müəyyənləşdirməlidirlər”.

Deputat bildirib ki, biz tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik, amma bir tərəfdən də tütündən istifadəni məhdudlaşdırırıq.

"Lakin bu məsələni müəyyənləşdirməliyik. Təbii ki, vətəndaşımızın sağlamlığı vacibdir. Amma bu məsələni elə müəyyənləşdirməliyik ki, büdcəyə də ziyan etməsin.

Bildiyiniz kimi, Azərbaycana turist axını başlayıb. Onların hər biri öz mədəniyyətini göstərir. Ölkəmizə gələnlər arasında ərəblərin sayı çoxalıb.

Əgər ərəbin sulu qəlyan və ya tütünlə bağlı hər hansı istək, arzusu varsa və restoranlar da bunu həyata keçirmək istəyirsə, biz buna yol verə bilmərik. Belə olan halda, sulu qəlyandan istifadə etmək istəyənlər üçün də ayrıca yerlər ayrılmalıdır.

Ümumiyyətlə, istənilən məsələ də qanunun aliliyi qorunmalıdır”.