adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Dekabr 2017 11:54
13069
SİYASƏT
A- A+

Çavuşoğlu Azərbaycana təşəkkür etdi

"Beynəlxalq ictimaiyyətinin dəstəyi nəticəsində Əfqanıstan son 16 ildə nailiyyətlər əldə edib"

Adalet.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.

Görüləcək işlərin çox olduğunu deyən nazir vurğulayıb ki, bu istiqamətdə dialoq qurulmalıdır: "Biz Əfqanıstanı sabit və təhlükəsiz ölkə kimi görürük. Bu istiqamətdə səylərimizi davam etdirik. İştirak etdiyimiz konfransı təşkil etdiyi üçün Azərbaycana təşəkkürümü bildirirəm. Gələn il də həmsədr ölkə kimi Türkiyə olaraq bu tədbiri keçirməkdən məmnunluq hissi keçiririk".