6 ölkə rəhbərindən Qarabağla bağlı bəyanat
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səylərinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.
Adalet.az-ın məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları tərəflərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında siyasi-diplomatik vasitələrlə kömək göstərən yeganə beynəlxalq birliyin müvafiq mandatına malik olan qurumdur:
"Biz Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq.
Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik” - deyə bəyanatda bildirilib.
Digər Xəbərlər
25 Aprel 2024 10:26
“Bakı-Moskva əməkdaşlığı həm də BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğun qiymətləndirilir”
25 Aprel 2024 09:10Prezident sülhməramlıların Qarabağı tərk etməsinin detallarını AÇIQLADI
25 Aprel 2024 09:00"Dövlət sərhədimizin 10 və ya 12 kilometri artıq delimitasiya olunub" - Prezident
24 Aprel 2024 20:48Ali qonağın şərəfinə dövlət ziyafəti - YENİLƏNİB
24 Aprel 2024 18:53