adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Noyabr 2017 17:00
14864
SİYASƏT
A- A+

İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Adalet.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8 (III kitab), maddə 606; 2001, №10, maddə 640; 2002, №4 (II kitab), maddə 189, №10, maddə 592; 2003, №10, maddələr 566, 569; 2004, №6, maddə 432; 2005, №5, maddələr 400, 403, 405; 2006, №7, maddə 590, №8, maddə 678, №9, maddə 742; 2007, №11, maddə 1097, №12, maddə 1246; 2008, №7, maddə 613; 2009, №3, maddə 163, №10, maddə 788, №12, maddə 990; 2010, №6, maddə 498, №7, maddə 610; 2016, №3, maddə 438; 2017, №7, maddə 1352) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 5.11-ci bəndində "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.