Mən artıq aztəminatlı deyiləm

NİCAT NOVRUZOĞLU
52229 | 2017-11-30 15:43

Bu bir ildə mən nə çəkdim bunu tək özüm bilirəm. Ad da qoya bilmirəmçəkdiyimə. Çox istərdim nə çəkdiyimi bölüşüm. Amma nə qədər çalışsam da içimdənə çəkdiyimi heç kimə göstərə bilmirəm. Nə qədər çəkirəmsə, görürəm ki, içimdəkiiçi çəkə bilmirəm. Nə şəklini, nə də ki,çəkisini. Çünki kağız üzərinə şəkil çəkə bilmədiyimdən içimin çəkdiyini birtəhərdə olsa cızma-qara edib Sizə göstərəbilmirəm. Çünki içimdəki iç görsənmir. Çəkisini də ona görə çəkə bilmirəm ki,içimdəkini çıxarda bilmirəm. Elə içimdəcə çəkirəm.

Yormayım Sizi bu qarmaqarışıq fikirlərimlə. Uzun-uzadı danışmaqdansa,deyim ki, artıq mən çoxtəminatlı ailənin rəhbəriyəm. Gözüm də aydın olsun,gözünüz də. Canım qurtardı o zülmdən. O zülmdən ki, məni aztəminatlı etmişdi.

O zülm başlamışdı ötən ilin bu vaxtlarından. O vaxt idi ki, ölkəmizdəilk dəfə təbii qaz və elektrik enerjisi ödənişləri diferensiallaşmış tarifə keçdi. Tarif Şurasının qərarı ilə əhaliyə satılan təbiiqazın pərakəndə satış tarifi illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılarüçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik, 1500 kubmetrdən çoxolan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirildi. Və bildirildi ki, o 10 qəpiyə satılan 1500kubmetr qaz ki var, (hansı ki sonra 1700-ə qaldırıldı) bax o hissənin qiymətiona görə 10 qəpik hesablanıb ki, ölkədə aparılan sosialyönümlü siyasətə töhfəolaraq əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədinə xidmət edir.

İlk günlər bu aztəminatlı ailə, təbəqə sözü mənə yaman ləzzət elədi.Hamı Tarifi söyürdü, mən isə içimdə bir künc tapıb orada ona minnətdarlıqedirdim. Şükür edirdim ki, biz aztəminatlıları yaddan çıxartmayıblar.

Amma zaman keçdikcə gördüm səhv etmişəm. Gərək mən də söyəydim.

Niyə də söyməyim. Niyə mən aztəminatlı olmalıyam ki?! Mən oluramsahamı olsun, ya da heç kim olmasın.

Açığı, heç özüm də istəmirdim ki, çoxtəminatlı olum. Amma yan-yörəmdəkilər qazın kubunu 20 qəpikdənaldıqca ürəyim partlayırdı. Hər kəs, "rasxod"unu sayan da bunu fəxrləqeyd edirdi. Mən isə söhbətin üstündən keçirdim. Arada söhbət də mənim üstümdənkeçirdi. Tapdalayıb əzirdi məni. Utanırdım deməyə ki, mən Sizin 20 qəpiyəaldığınızı 10 qəpiyə alıram. Qalmışdım 1700-lə 1701-in arasında.

Bir tərəfdən də bu xəcalətdən özümü qurtarmaq da istəmirdim. Evdə vargücümüzlə təbii qaza qənaət edirdik. Arada ana xətti bağlayıb onu-bunu söyürdümki, yenə qazı kəsdilər. Neyniyim, gərək ayağını yorğanına görə uzadasan. Yorğanda ki günü-gündən qısalır.

Yorğan demişkən, adam üstünə normalda 1 yorğan salarsa, mən 3-nüsalırdım. Təki sayğacım işləməsin.

Ən pisi o idi ki, həyətdə demək olar hər gün kimsə kimdənsə soruşurdu"hələ limiti keçməmisiniz?" Keçməyən bir az büzüşürdü. Limiti keçməyənbüzüşməlidi də. Gərək limiti keçəsən ki, canın isinə. Bir ilə 1700-lə can isinər?Limiti keçən isə lovğalanırdı. Deyirdi dünya 5 günlükdü. Mən də arada cürətlənib1 gün qaza qənaət etmirdimsə də 5 günə gedib çıxa bilmirdim. Elə 2-ci gündəcəbunun əvəzini yenə ana xətti bağlamaqla çıxırdım.

Ürəyim gedirdi ki, mən nə vaxt həyətdə şah gəzəcəm ki, bəs mənim də sayğacımlimiti keçdi. Oldum çoxtəminatlı.

Hər gün sayğaca baxırdım. Özüm onun fırlanmasını ləngitsəm də, axırvaxtlar lap hövsələdən çıxmışdım. Getmirdi, fırlanmırdı, dirəşmişdi sayğacımız.Axırı küsdüm sayğacdan. Bir müddət idi baxmırdım ona. Dözməyib dünən baxdım. Vənəticə...

Şükür bu günü də gördüm. Artıq çoxtəminatlılar sırasındayam.Baxmayaraq ki, indi demək olar qaz yandırmırıq, amma nə olsun ki, o təminat məsələsimənə yaman istilik verir. Elə bil içimdə iki tonqal yanır. Oğuz elində qalanantonqaldan. Kömək üçün yanan tonqaldan. Onsuz da köməyimizə gələn olmayacaq. Bəlkədə soyuqdan donub öləcəyik. Amma "zato" sayğaca baxanda deyəcəklərki, bunlar çoxtəminatlıymışlarki.

Siz də çoxtəminatlılaşdırılmışlardansınızmı?!


TƏQVİM / ARXİV