adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Noyabr 2017 15:41
11959
SİYASƏT
A- A+

TRAMP TEREZA MEYİN TƏNQİDLƏRİNƏ CAVAB VERİB

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Meyin Britaniyanın ultrasağ milliyyətçi partiyasının lideri Ceyda Fransenin antimüsəlman videolarını paylaşdığına görə onun ünvanına Tvitterdə göndərdiyi tənqidlərə cavab verib. Amerika lideri birinci növbədə baş nazirə ölkə daxilindəki problemlərin həlli ilə məşğul olmağı məsləhət görüb.

«Tereza Mey, fikrinizi mənə yönəltməkdənsə Birləşmiş Krallıqdakı radikal islam terrorizmilə mübarizə etsəniz yaxşı olar. Bizdə hər şey əladı» - deyə Tramp öz Tvitter səhifəsində yazıb.

KİV-lərin bildirdiyinə görə, maraqlı bir vəziyyət yaranıb. Bloomberqin məlumatına görə, Tramp əvvəlcə çaşaraq yazdıqlarını baş nazirin internet istifadəçisi olan adaşı Mey Skrayvmerə göndərib. Daha sonra səhvini düzəldərək Britaniya baş nazirinin akkauntuna göndərib.

Bildirilir ki, Tramp bu ərəfədə «müsəlman miqrant, əlil ağacı ilə gəzən hollandiyalı uşağı döyür», «müsəlman Deva Mariyanın büstünü dağıdır» və həmçinin «İslam mafiyası tineycerin damdan atır və onu ölənədək döyür» kimi videorolikləri paylaşıb.

Tereza Meyin nümayəndələri Trampın rəsmi akkauntundan bu cür antimüsəlman videoyazılaını paylaşmasını pisləyiblər. «Bu prezident tərəfindən atılan düzgün addım deyil. Bu cür videoların yayılması, cəmiyyətin parçalanmasına , xüsusilə də Britaniyaya yönəlmiş bir addım kimi qiymətləndirilməlidir»- deyə Meyin ofisindən bəyan edilib.

Vəziyyət həmçinin Böyük Britaniyanın parlamentində də süzakirəyə çıxarılıb. Çuka Ummuna bu videolara görə ABŞ prezidentinin bu ölkəyə rəsmi səfərini ləğv etməyə çağırıb.

Öz növbəsində Ağ evin nümayəndəsi Sara Sanders jurnalistlərlə görüşü zamanı ABŞ prezidentini dəstəkləyərək bildirib ki, o, milli təhlükəsizlik maraqları baxımından hərəkət edib. «Bu videoların doğru olub-olmadığından asılı olaraq, təhlükə realdı. Ona görə də videoları paylaşmaqda məqsəd güclü sərhəd və milli təhlükəsizlik məsələlərinin önə çıxarılmasıdı».

ABŞ prezidentini dəfələrlə anti islam siyasəti aparmaqda günahlandırıblar. Belə ki, Tramp iki diqqətçəkən sərəncam imzalayıb. Hələ yanvar ayında verilən birinci qərara görə, o cümlədən İraqdan, İrandan, Yəməndən, Livandan, Suriyadan, Somalidən və Sudandan olan qaçqınların bu ölkəyə girişinə müvəqqəti qadağa qoymuşdu. Lakin bu qərarın icrası məhkəmə tərəfindən dayandırılmışdı. İkinci sərəncama görə isə yenə də İraqdan başqa qalan dövlətlərin vətəndaşlarının ölkəyə girişinə yalnız 90 gün müddətinə icazə verilirdi. On gün sonra Amerikanın Havay ştatının hakimi Berlik Uotson bütün ölkə ərazisində Trampın sərəncamının icrasının dayandırılması barədə qərar qəbul edib.


Rüstəm HACIYEV