adalet.az header logo
  • Bakı 12°C
30 Noyabr 2017 15:02
20461
ƏDƏBİYYAT
A- A+

Bu kitablar 1 manata satılacaq

"Qanun” nəşrlər evi yeni kompaniyaya başlayır.

Adalet.az-ın verdiyi məlumata görə, Fəvarrələr Meydanı, "Soyuq əllər, isti ürək yarmarkası”nda 100 adda kitab 1 manatdan satışa çıxarılacaq.

Siyahıda Umberto Ekonun "Sıfır Sayı”, Qabriel Qarsiya Markesin "Polkovnikə məktub yoxdur”, "Hüznlü fahişələrim”, Erix Mariya Remarkın "Qərb cəbhəsində yenilik yoxdur”, Migel de Servantesin "Lamançlı Don Kixot”, Uilyam Somerset Moemin "Ay və qara qəpik”, Uilyam Folknerin "Tüstü”, Ziqmund Freydin Xoşbəxtlik ehtimalımız Aforizmlər”, Qustav Floberin "Sadəlövh”, Ernest Heminqueyin "Klimancaro qarları”, Mustafa Mənsurun "Cüzamlı əllər və donuz sümüyü”, Fransua Saqanın "Salam Kədər” kimi məşhur kitablar, eləcə də hüquq, qanun və motivasiya kitabları da yer alıb.

Xatırladaq ki, yarmarka dekabrın 1-dən start götürəcək. Kitabların 1 manatdan satışı ilk həftə üçün keçərlidir.