adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Noyabr 2017 14:54
12863
MƏMLƏKƏT
A- A+

Magistral yolda yeni geri dönmə hissə yaradıldı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeri geri dönmə hissə yaradılıb.

"Azəravtoyol"dan verilən məlumata görə, geridönmə hissə Ceyranbatan qəsəbəsidən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.

Yeni geridönmə hissənin eni30 metr, uzunluğu isə70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb. Geridönmə hissədə375 m2təhlükəsizlik adacağı qurulub.

Yeni geridönmə səbəbindən yolun həmin ərazisində hər bir istiamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq200 və 500 metruzunluğunda,4.5 metrenində yol genişləndirilib.