adalet.az header logo
  • Bakı 18°C
30 Noyabr 2017 10:20
3838
HADİSƏ
A- A+

Sumqayıtda yanğın oldu – 14 nəfər təxliyə edildi

Sumqayıtda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, şəhərində ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 m2 sahədə və divar kağızı 4 m2 sahədə yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.