adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Noyabr 2017 00:16
15095
ƏDƏBİYYAT
A- A+

Hüseyn Cavid anıldı

Dünən AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Kürdəmir şəhər Səyavuş Paşayev adına 6 saylı orta məktəbi ilə birlikdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin 135 illik yubiley tədbirini keçirib. Tədbiri Hüseyn Cavidin yazdığı "Şeyx Sənan" dramından "Kor Ərəbin mahnısı" əsərinin sədaları altında giriş sözü ilə açan filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Hüseyn Cavidin faciəli hayatından, qısa ömrünün məhsuldar yaradıcılığından bəhs edib.
Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova H.Cavidin şəcərəsi, sənət irsi haqqında məruzə edib. Məktəbin şagirdlərindən Lalə Alıyeva, Günay Səlimova, Aysu Babayeva, İlham Əliyev, Lalə Məmmədova, Tünzalə Babayeva, Lalə İsrafilova, Aygül Babaşova Hüseyn Cavidin əsərlərindən parçalar səsləndiriblər. Məktəbin direktoru Elmira Şıxəliyeva çıxış edərək tədbirin ədəbiyyat muzeyində keçirilməsinin şagirdlər və müəllimlər üçün səmərəli olduğunu bildirib.
Tədbirdə akademik Rafael Hüseynovun 1982-ci ildə Hüseyn Cavidin nəşinin qalıqlarının uzaq Sibirdən doğma vətənə gətirilməsi ilə bağlı yazdığı ssenari əsasında çəkilmiş "Qayıdış" filmindən kadrlar nümayiş etdirilib.