adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Noyabr 2017 00:10
13822
ƏDƏBİYYAT
A- A+

ŞABRAN NƏĞMƏLƏRİ

Yurdumuzun ən qədim və ən gözəl yaşayış məskənlərindən biridır Şabran və indi o qədər gözəlləşib, yaraşıqlı bir rayon olub ki, həmişə orda olmaq, bu balaca rayonu başdan-ayağa gəzib-dolanmaq istəyirəm.
Şabranda çoxlu dostlarım, tanışlarım var. Hamısı da mənim həmkarlarımdı - qələm əhliləridir. İlk tanışım Aydın Tağıyev olub. Yaxşı yadımdadır, səksəninci illərin əvvəlləriydi. Mən Çıraqqalaya yol almalı, oradakı müalicə suyundan içməliydim. Bilirdim ki, Dəvəçidə (onda adı elə idi) Aydın Tağıyev adında cavan bir yazıçı var, hekayələrini oxumuşdum, xoşuma gəlmişdi. Onu tapdım və Çıraqqalaya qalxdıq. Aydın məni Əmirqulu Quliyevlə tanış elədi. O, rayon qəzetinin məsul katibi idi. Ədəbiyyat və incəsənət" qəzetində də tez-tez satirik miniatürləri çap olunurdu. Və beləcə, Aydın Tağıyev yolumu Şabrana açdı. Öyrəndim ki, Şabranda 1977-ci ildən ədəbi birlik fəaliyyət göstərir, rəhbəri də elə Əmirqulu müəllimdir. Özü də bu ədəbi birlik qonşu rayonların da yazıb-yaradanları əhatə edir. O zaman adı "Çıraqqala" idi. 1982-ci ildə Əmirqulu müəllim vəfat elədi və tam səkkiz il Şabranda bir yerə cəm olmadı qələm əhliləri. Amma 1990-cı ildən yenidən o birlik bu dəfə "Şabran" adı ilə yoluna davam etdi. Qafar Süleyman rayonda yaxşı tanınan, respublika mətbuatında da şeirləri ilə çıxış edən şair indiyədək o birliyin rəhbəridir. Bu iyirmi yeddi il ərzində "Şabran" ədəbi birliyi həmişə fəaliyyətdə olub və qədim Şabranm gözəl havasına, təmiz iqliminə şeirlər, nəğmələr bəxş edib. Qafar Süleymanın tərtibi və redaktorluğu ilə indiyə kimi birlik üzvlərinin yaradıcılığım (şeir, nəsr və publisistika nümunələrini) əks etdirən yeddi toplu işıq üzü görüb. İndi mən səkkizinci toplu ilə üz-üzə dayanmışam.
Bir məqamı da qeyd edim: Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Nəcəfoğlunun özü də yazıçıdır, müasir nəsrimizin istedadlı nümayəndələrindən biridir və o, Şabranda yaşayıb-yaradan yazarların yaxın dostudur, qayğısını onlardan əsirgəmir.
Mən "Şabran nəğmələri" toplusunun bir neçə buraxılışı ilə də tanış oldum və demək olar ki, bir balaca rayonda ədəbi həyatın, şeir-poeziya havasının bu qədər qaynar, gur olduğuna sevindim. Bu ədəbi birlik Azərbaycana Ağalar Mirzə (allah rəhmət eləsin!), Aydm Tağıyev, Nizami Əlioğlu, Aybəniz Əliyar kimi istedadlı yazarlar bəxş edib. "Şabran nəğmələri"nin səkkizinci kitabı Qafar Süleymanın şeirləri ilə açılır. Qafar Süleyman sakit və təmkinli bir rayon ziyalısıdır. Əyalətdə yaşasa da, onu Şabrandan qıraqda da tanıyırlar. Şeirləri sadə, səmimi bir insanın həyat yolunu əks etdirir və o özü necədirsə, şeirləri də özünə oxşayır.

Gah kədərli, gah sevincli, nəşəli,
Mənim güniim belə keçib həmişə...
Şənlik olsa, saz götüriib çalmışam,
Dərd-qəm olsa, ürəyimə salmışam.
Yıxılanın qayğısına qalmışam,
Mənim günüm belə keçib həmişə.

"Şabran" ədəbi birlik üzvləri yaşca müxtəlif nəsilləri özündə əks etdirir. Yaşlı nəsildən olan yazarlar (Məzahir Zeynal, Bayram Novruz, Şərbətəli Mahmudov, Təvəkkül Kərim, Şıxəmməd Seyidməmmədov) öz şeirlərində keçilmiş, yaşanılmış ömür yolundan, düzlükdən, həqiqətdən, dostluqdan, xeyir-bərəkətdən, Vətən məhəbbətindən söz açırlar. Onlara bu yolda uğurlar arzulayaq.
Səkkizinci kitabda təkcə Şabranda deyil, Bakıda, Qubada, Siyəzəndə, Xaçmazda, Sumqayıtda, Dərbənddə yaşayan yazarların da şeirləri ilə qarşılaşırıq və bu onu göstərir ki, "Şabran" ədəbi birliyi artıq zona-bölgə ədəbi birliyinə çevrilir.
Təbii ki, otuza yaxın şair və nasirin bütün yazıları haqqında söz açmaq çətindir, bircə-bircə hamısının adını sadalamaq, sonra yazılarından misallar gətirmək də bu balaca yazıya sığan deyil. Yalnız xarakterik misallar gətirməklə kifayətlənmək olar.
İlk növbədə, Aybəniz Əlyarın şeirləri barədə söz açmaq istəyirəm. Aybəniz "əyalət" çərçivəsindən çoxdan qurtulub, şeirləri müntəzəm "Azərbaycan", "Ulduz" jurnalında, "Ədəbiyyat qəzeti"ndə çap olunur, onun şeir kitabları haqqında tanınmış söz adamları məqalələr yazırlar. Çox arzu edərdim ki, belə bir xoşbəxtlik birlik üzvlərinin bir çoxuna da nəsib olsun.

Gözlərinin qış yııxusu səngimir,
Xatirən də bıız bağlayıb, bilirəm.
Sırsıradır lıər tərəfin, hər yanın,
Sənə baxıb iişiiməkdən ölürəm.
Hər gözündə bir ovuc qar gizləııib,
Şəklim sımr su üstündə buz kimi.
Dodaqlarım dodağına tamarzı,
Dodaqların bir əlçatmaz yaz kimi.
Şaxta vurub yanağını, üzünü,
Bax ağappaq qar oturub saçında.
Əllərinə nə olubsa bilmirəm,
Əlcəyin var, əllərin yox içində.

Mükəmməl bir şeirdir bu. Obrazlı deyimlərlə diqqəti edir. Təbiətin, qışın soyuqluğu ilə bir vəfasızın soyuqluğu paralelləşir. Lətafət Əlifşahqızının "Sevgisiz ürək" və Sədaqət Məmmədovanın "Əsl sevgi beləmi, belə olurmu yəni?" şeirlərini də soyuq sevgilərə ittiham kimi yozuram.
Əlbəttə, sevgi elə bir hiss, elə bir ali duyğudur ki, həmişə ürəkləri dilə gətirir. Ona görə də sevgi haqqında soyuq sətirlər, şablon deyimlər gəlməməlidir şeirə.
"Şabrançılar" üçün mövzu məhdudiyyəti görmədim. Olsun ki, birinin şeirlərində bir mövzu əhatə olunub, amma digər müəlliflərdə başqa mövzularla qarşılaşıram. Tahir Saleh Dərbənd gözəlindən yazır, Qızqayıt Mahmudova babası Aşıq Zəbullanı xatırlayır, Zakir Bayramlı Vətəni tərənnüm edir, Mövlud Ağəmməd əruzda gücünü sınayır, Ramilə Davudova Şabranm səhər çağını şeirə gətirir, İlahə Qubalı ana məhəbbətindən söz açır, Qızbəs Oruc ermənilər tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zeynəb üçün ağır təəssüf hissi keçirir, Ariz Məmmədov Aprel döyüşlərində həlak olmuş şəhid Mirzə Novruzova, onun ruhuna üz tutur və s.
"Şabrançıların" nəsr nümunələri də oxucuların marağına səbəb olacaq. Novruz Nəcəfoğlunun "Bir mən oyaqdım" hekayəsi bir qəzadan söz açır və hekayədə İnsan amili ön plana çəkilir. Qəzaya uğrayanların hər birisi öz canının hayındadır, amma bir balaca qız uşağı yaralılar üçün hədsiz narahatlıq keçirən insanın qəlbində xoş duyğular oyadır. Gözəllik qəmə, kədərə üstün gəlir - hekayənin ideyası budur.
Aydın Tağıyev nəsrimizdə kiçik hekayələr ustası kimi tanınır. ona "Azərbaycançının Çexovu" deyənlər də var məsələ burasındadır ki, Aydın Tağıyev balaca bir hekayədə lazgm olan mətləbi ifadə edə bilir və həm də hekayə üçün səciyyəvi olan bir obrazı təqdim edir, süjeti qura bilir sadə, səlis və anlaşıqlıdır.
"İsi-İsgəndər, Saşa Aleksandr, Adamoviç" hekayəsində olduğu kimi. İlk baxışda süjet macəra xarakteri daşıyan bu hekayədə hadisələr Rusiyada cərəyan edir, Adəm arvadı öləndən sonra kənddə nəyi var dəyər-dəyməzinə satıbvaxtilə məktublaşdığı bir rus qadınının yaşadığı məkana gedir, onunla evlənir. Öz oğlu İsgəndərlə qadının oğlu - iki millətdən olan bu uşaqlar böyüyür, yaşa dolur və onların arasında o qədər səmimi münasibət yaranır ki, bir-birilərindən ayrg düşəndə dözəmmirlər.
Yadların doğmalığı - ideya budur. İnsan-insandır, millətindən, irqindən asılı deyil əsl insanlıq...
Şabir Zöhramlının "Haram gün" hekayəsi halallığı təbliğ edir, bu hekayənin təhkiyə tərzi ifadəlidir. Vüsalə Anarın "Ölüm adası" hekayəsi göstərir ki, onda insan psixologiyasını incələmək qabiliyyəti var. Təsvir etdiyi hadisələrin içində obrazın keçirdiyi hissləri nəzərə çarpdıra bilir. Məhəmməd Osmanovun mərhum şair Ağalar Mirzənin xatirəsinə həsr etdiyi publisistik yazısı da bəyənimlidir. Az da olsa, bu yazıda Ağalar Mirzəni bir daha gördüm, tanıdım, vaxtsız ölümünə təəssüfləndim. "Şabran nəğmələri"nin səkkizinci buraxılışı haqqında qeydlərimi burada bitirirəm və arzum budur ki, doqquzuncu buraxılış bundan da səviyyəli olsun...

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru