ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Xalq şairinin yeddicildliyi çıxdı

8888    |   2017-11-29 17:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq Şairi Qabilin "Əsərlər” adlı yeddicildlik külliyyatı bu günlərdə oxuculara təqdim edilib.

Şairin vəfatından on il sonra işıq üzü görmüş kitablar oğlu, yazıçı-publisistMahir Qabiloğlu tərəfindən tərtib edilərək "Adiloğlu” nəşriyyatında nəfis şəkildə çap olunub.

Kitabın birinci cildinə Qabilin şah əsəri sayılan "Nəsimi” mənzum romanı daxil edilib.

İkinci cildində ayrı-ayrı illərdə yazılan şeirlər toplanıb.

Üçüncü cildində şairin sonrakı illərdə yazdığı şeirləri və poemaları yer alıb.

Rübailər dördüncü cilddə toplanıb. Bu cilddə rübailərlə bərabər qoşayarpaqları və dördlükləri də var.

Bşinci cilddə oxucu artıq şair Qabillə bir növ vidalaşır, altıncı və yeddinci cildlər də daxil olmaqla publisist, nasir, dramaturq Qabili kəşf etməyə başlayır. Günümüzün aktual mövzusu olan dil problemi, dilimizin saflığı uğrunda mübarizə, ümumi yox, konkret olaraq buraxılan səhvlərin göstərilməsi baxımından Qabilin beşinci cildin sonunda yer alan "Adsız-ünvansız iradlar”ı bu gün də gənc jurnalistlərimiz, yazıçılarımız üçün gözəl mənbədir.

Külliyyatın 6-cı cildi şairin 80-ci illərdə yazdığı, sovet quruluşunun ifşasına yönələn "Ömür həbləri” romanı ilə açılır. Xalq yazıçısı İsmayıl Şıxlının "Yanar ürəklərin üsyanı” adlandırdığı bu əsər o dövrü yaxından tanımaq üçün gözəl bir mənbə olduğu qədər, cilddə yer alan xatirələr Qabilin müasirlərini, dostlarını, 1944-cü ildən 2007-ci ilə qədər ədəbi mühiti tanımaq baxımından bir o qədər qiymətlidir.

Yeddinci cilddə şairin publisist söhbətləri, mötəbər məclislərdə çıxışları, müsahibələri, xatirələri, hekayə və tərcümələri və "Dənizin cazibəsi” adlı dramatik povesti yer alıb. Xalq arasında məşhur olan "Azərbaycan SSR Prezidentinə suallar” adlı yazı ilə başlayan yeddinci cild tariximizi öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK