adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2017 17:06
14303
ƏDƏBİYYAT
A- A+

Müsəlman yazıçı İsveçin ədəbiyyat mükafatını aldı

İsveçin ən nüfuzlu ədəbiyyat mükafatı olan yazıçıAvqust Strindberqadına "İlin ən yaxşı fantastik kitabı” mükafatı 38 yaşlı müsəlman əsilli İohan Anyurunun "Öldürdüklərinin göz yaşında boğulacaqlar" kitabına verilib.

Adalet.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qalib çıxışında yazıçı"Əlhəmdülillah ki, bir müsəlman olaraq İsveçin ən nüfuzlu mükafatına layiq görüldüm” deyərək, mükafatın onun üçün mühüm olduğunu qeyd edib.

Anyurunun "Öldürdüklərinin göz yaşında boğulacaqlar” romanı gələcəkdə İsveçin irqçilər tərəfindən necə idarə olunacağından bəhs edir.

"İlin ən yaxşı uşaq kitabı” mükafatı Sara Lunderqə, "İlin ən gerçək hekayə” mükafatı isə Fatima Brennerə təqdim olunub. Əsərləri üç nominasiyada qalib olan yazıçılara əsas mükafatlardan əlavə 10 min avro da verilir.

Xatırladaq ki, Avqust Strindberq adına ədəbiyyat mükafatı 1989-cu ildən təqdim olunur.