adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2017 16:24
13451
ƏDƏBİYYAT
A- A+

Məmməd İsmayıla beynəlxalq mükafat verildi

Mərkəzi ofisi Brüssel və Priştinada yerləşən Beynəlxalq Yazıçılar Birliyinin Peter Bogdani mükafat komitəsi hər il olduğu kimi bu il də noyabr ayının 27-də Peter Bogdani ədəbiyyat mükafatının və medalının sahiblərini elan edir. Qaliblər arasında şair Məmməd İsmayıl da yer alır.

Bu mükafata bir qayda olaraq yaradıcılıqları ilə ədəbiyyatda önəmli iz buraxan və fərqlənən şairlər layiq görülür.

Builki mükafatlar Hindistandan Rama Krisha Peruq, Ukraynadan Aleksandr Korotka, Moldavyadan Nicolae Dabija, Qazağıstandan Kairat Desenov və Məmməd İsmayıla verilib.

Diplom və medalların təqdimatı 2018-ci il yanvar ayının 26-da Parisdə olacaq.