ANA SƏHİFƏ / SAĞLAMLIQ

Xərçəng xəstəliyi keçicidir

2303    |   2017-11-30 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Evinizdə xərçəng xəstəliyindən əziyyət çəkən varsa, siz də yoluxa bilərsiniz.

Adalet.az xəbər verir ki, bu qənaətə Medicina.az saytı apardığı araşdırma nəticəsində gəlib. Sayt xərçəngin yoluxucu olub-olmamasıyla bağlı araşdırma aparıb.

Məlumdur ki, tibdə bu xəstəliyin ötürülməsi ilə bağlı sübut və faktlar yoxdur. Amma elə viruslar var ki, zəif immunitetli insanlara keçərsə, onda xərçəng xəstəliyini oyada bilər. Məsələn: mədə-bağırsaq xərçəngi olan insanla mədə-bağırsaq xorası olan insanın öpüşməsi təhlükəlidir. Yəni mədə xərçəngi olan nənəni mədəsində xora olan zəif bir nəvənin tez-tez öpməsi təhlükəli ola bilər.

Çünki mədə xərçəngini "helikobakter” adlı mikrob törədir. Sağlam mədə qişası və güclü immuniteti olan insan üçün bu mikrob təhlükə yaratmır. Amma zəif mədədə bu mikrob iltihab yaradır ki, bu da zamanla xərçəngə çevrilir. Bu mikrob tüpürcək suyu ilə digər adama keçə bilər.

Həmçinin, Hepatit C və B də qaraciyər xərçəngində rol oynayır. Bu virusa qan və cinsi yolla yoluxmaq olar. Ona görə evdə qaraciyər serrozu, xərçəngi olan ailə üzvü varsa, iynə vurarkən, həmin adamın yarasını təmizləyərkən maksimum qorunmaq lazımdır.

Daha bir vacib məqam isə odur ki, qadınlarda uşaqlıq boynu xərçəngini papilloma virusları yaradır. Planetin hər 5 qadınından biri bu virusa imtim əlaqə yolu ilə yoluxur. Papilloma virusu aktiv çoxalır, immun sistemini pozur, uzun müddətdən sonra xərçəngə çevrilə bilir. Qoruyucu vasitələr bu virusdan qorumaqda zəifdir. Ona görə bu gün uşaqlıq boynu xərçəngindən peyvənd olunması ciddi təbliğ olunur və 10-23 yaş arası bütün qızlara olunmalıdır. Papillomaya yoluxduqdan sonra peyvəndin vurulması mənasızdır.




İmza:
SON XƏBƏRLƏR
2018-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK