ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Böyük Yol” komandası Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndində

4999    |   2017-11-29 10:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan, lakin ordumuzun şücaəti sayəsində azad edilən, dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan bu kənd indi öz möhtəşəmliyi ilə diqqət çəkir.

Ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad edilməsi ilə nəticələndi. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir.

Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailənin köçürülməsinə başlanmış və köçürmə qısa müddətdə başa çatmışdır. Ölkə başçısının "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq isə ikinci mərhələdə kənddə 100 yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin və digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisinə başlanmışdır.

"Böyük Yol” Gənclər İctimai Birliyinin idarə heyəti və könüllüləri Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər çərçivəsində ilk öncə gənclər Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhunu ehtiramla yad ediblər. Daha sonra kənddə şagirdlərin istifadəsinə verilmiş 96 şagird yerlik məktəblə tanış olublar. Məktəbin şagirdləri "Böyük Yol ” komandasını əllərində bayraqlarla qarşılayıblar. Gənclər məktəbdə Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan rayonun məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, vəhşilik, 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsini əks etdirən fotostendlərlə və fuksional otaqlarla tanış olublar.

Səfər Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscidə ziyarətlə davam edib. Daha sonra 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi ilə səmimi söhbət edilib, ailə ötən 23 il ərzində yaşadıqlarını və bugünkü həyat tərzi ilə bağlı təəssüratlarını bölüşüb, yaradılmış şəraitə görə ölkə rəhbərliyinə təşşəkür edib.




İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK