adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Noyabr 2017 15:39
11682
MƏMLƏKƏT
A- A+

3 saylı İstintaq təcridxanasına yeni rəis gətirildi

Modern.az-ın əldə etdiyi məlumata görə, ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun imzaladığı əmrlə 17 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Əliyev Cəlil Misir oğlu 3 saylı İstintaq Təcridxanasına rəis gətirilib.

Qeyd edək ki, dünən Bakı istintaq təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub. Onun yerinə 3 saylı istintaq idarəsinin rəisi Elnur İsmayılov təyin olunub.