adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
29 Noyabr 2017 15:35
9890
MƏMLƏKƏT
A- A+

“Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda elmi-praktik konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Turizmin İnkişafına Kömək” İctimai Birliyi Azərbaycan Turizm və Menecment Universiteti ilə birlikdə "Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda elmi-praktik konfrans keçirib. 

Konfransın keçirilməsində məqsəd Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizi, zabitlərimizi, yaralanmış və şəhid olmuş igidlərimizi, ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatını xalqımıza geniş şəkildə tanıtmaq və hərbi vətənpərvərlik tərbiyəsi işini ön plana keçirərək gənclərimizə aşılanmaq olub. Konfransı giriş sözü ilə açan layihə rəhbəri torpaqlarımızda tarixən baş verən qanlı döyüşlərdən, düşmənlərin vətənimizə göz dikməsindən, vətən uğrunda canını qurban verən igidlərdən və onların xatirələrinin anılmasından bəhs edib. Bildirilib ki, layihə fəaliyyəti dövründə çoxsaylı inşalar təqdim olunaraq onlardan ən yaxşıları "Aprel döyüşləri şanlı tariximizdir” başlıqlı toplu şəklində çap edilib. Sonra inşa müəllifləri öz yazırları ətrafında çıxış edib. Konfrans məruzəçilərindan olan AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi A. Vəliyev aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Q.Orucəliyev və S.Mehralıyev haqqında danışaraq onların həyat yoluna nəzər salmışdır. ATMU-nun tələbəsi olan Aytac İbrahimli isə şəhid Murad Mirzeyev haqqında essesini iştirakçıların diqqətinə çatdırıb. Konfrans iştirakçısı olan tələbə Xəzər Musayev Aprel döyüşlərinin canlı şahidi kimi o zaman kənddə olduğunu və baş verən hadisələri iştirakçıların diqqətinə çatdırıb