adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2017 15:26
19262
ELM VƏ TƏHSİL
A- A+

ADU-da beynəlxalq təhlükəsizlik müzakirə olundu

Noyabrın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrasının müəllimi Şəfəq Mustafayevanın təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində "Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər” mövzusunda dəyirmi masa keçirilib.

Adalet.az xəbər verir ki, öncə çıxış edən Ş.Mustafayeva müzakirə olunan mövzunun tələbələrin maariflənməsində əhəmiyyətindən bəhs edib. Mövzunun bu istiqamətdə seçilməsinin təsadüfi olmadığını qeyd edən Ş.Mustafayevanın sözlərinə görə, tədbir son zamanlar beynəlxalq aləmdə baş verən proseslər zəminində yaranan problemlərin aydınlaşmasına və tələbələr tərəfindən mənimsənilməsinə öz töhfəsini verəcək.

İnteraktiv formada keçirilən dəyirmi masaya qonaq qismində dəvət olunan Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev "Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər” mövzusunda tələbələrin suallarını cavablandırıb. O, ABŞ tarixinə düşmüş 11 sentyabr terror hadisəsi və onun nəticələri, bəzi ölkələrin nüvə siyasətinin beynəlxalq təhlükəsizliyi təhdid etməsi, ayrı-ayrı dövlətlərin miqrantlarla bağlı yeritdiyi siyasətin mahiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb.

Bundan başqa, dəyirmi masada müasir dünyada siyasi, iqtisadi, dini, eyni zamanda təbii fəlakətlər fonunda bir çox təhdid növünün mövcud olmasından söz açılıb, narkobiznes, insan alveri, terrorizm, nüvə texnologiyası, millətçilik və separatizm kimi ideyalar sülh və təhlükəsizliyə qarşı çevrilmiş təhdidlər kimi xarakterizə edilib.