BELƏ DOSTDANSA, DÜŞMƏN YAXŞIDI

NİCAT NOVRUZOĞLU
56653 | 2017-11-29 15:22

Bilirsən ki, düşməndi. Səni öldürmək istəyir, məhv eləmək istəyir, sənətələ qurur, quyu qazır və sair və ilaxır.

Sən də özünü toparlayırsan, düşmənlə həmişə mübarizəyə hazır olursan.Belə bir atalar sözü də var: «Qurban olum düşmənə, qoymur məni düşməyə». Dost isə sənin üçün doğmadı, əzizdi,güvənc yerindi, dar ayaqda arxandı. Vay o gündən ki, dost sənə quyu qaza, dostsəni sıradan çıxarmaq üçün tələlər qura, üzünə gülə-gülə,sağlığına ayaq üstə badə qaldıra-qaldıra arxandan bir iş çevirə.

İndi Türkiyə çox çətin birduruma düşüb. Dost bildiyi NATO da ona tələqurur, dostdan da əziz, yəni qardaş bildiyiABŞ-da. Hər ikisi qardaş Türkiyəni qırx arşın quyunun dibinə atmaq üçün, parçalamaq üçün min bir hoqqadan çıxırlar. Qısası, üzdə bir söz, arxada bir əməl.

Tramp sayın Ərdoğana deyir ki,biz daha PYD ilə YPG-nisilahlandırmayacağıq. Əvvəla, bu terror təşkilatlarını o qədər silahlandırıblar ki, onların hələ 4-5 il heç birsilah-sursata ehtiyacları yoxdu.İkincisi də prezident bir söz deyir, Pentaqon başqa bir söz. Pentaqon deyir ki,biz PYD ilə münasibətləri kəsməyəcəyik və birgə hərəkət edəcəyik.


Hələ 2007-ci ildə ABŞ başda olmaqla, Türkiyənin dost bildiyiNATO-dakı müttəfiqləri bu ölkəni məhv etmək üçün layihələrini bir-bir həyatakeçirməyə başladılar. Təbii ki, ilk öncədünyanın ən intizamlı, ən savaşcıl və ən güclü ordularından biri olanTürk Silahlı Qüvvələrini hədəfəgötürdülər. «Ergenekon», «Balyoz» adlı qurama bir cinayət işi qaldırdılar,Türkiyənin canını bu dövlətin yolunda,bu millətin yolunda fəda edən və fəda etməyə hazır olan generalları,admiralları, zabitləri, Atatürkçüziyalıları verdilər FƏTÖ-nün savçılarına, hakimlərinə, əmniyyət müdirlərinə, hətta Baş Qərargah rəisi İlkər Başbuğu da saldılar həbsxanaya. HəmTürk Silahlı Qüvvələrinə böyük zərbə vurdular, həm də türk millətinin ən çoxinandığı və sevdiyi Ordunu xalqın gözündən saldılar. Və axırda da 2016-cı ildə FətullahGülənin əli ilə Türkiyədə dərbə girişiminə qalxdılar. Yəni Türkiyə çox gecanladı qurulan tələni. Və Türkiyənin dəxoşbəxtliyi o oldu ki, sayın Ərdoğan çoxböyük bir cəsarət göstərdi, həm xalqın,həm yenə az qala generallarsız qalmışordunun, həm də dövlətə sədaqətlipolisin gücü ilə bu üsyanı yatırtdı. Və Türkiyəni böyük bir bəladan xilas elədi.

İndi də bir Rza Zərrab layihəsini həyatakeçirməyə başlayıblar. Biravantüristin əli ilə Türkiyəni beynəlxalq aləmdə nüfuzdan salmaq üçün bir məzhəkəliməhkəmə prosesinə başlayıblar. Və buavantüristin əli ilə sayın Ərdoğanı və Türkiyənin yüksəkvəzifəli dövlət məmurlarını məhkəmə çəkişmələrinə cəlb etmək istəyirlər.

Və işlərin gedişindən belə görünür ki, bu Rza Zərrab əslində Mərkəzi Kəşfiyyat İdarəsinin agenti imiş və atılıbmış Türkiyənin içinə.Və Mərkəzi Kəşfiyyat İdarəsininona tapşırdığı vəzifəni də yüksək səviyyədəhəll edə bilib.

Və təbii ki, əslində hədəf sayın Ərdoğan deyil, Türkiyədi. Yaxşı,ABŞ-ı bildik. Gec də olsa Türkiyə ilə münasibətdə iç üzü açıldı.

Ən dəhşətlisi odur ki, belə bir zamanda Türkiyənin öz içindəkilər dəilana ağ verən kərtənkələ rolunuoynayırlar. Bilərəkdən və ya bilməyərəkdənABŞ-ın əlini oynayırlar.

CHP-nin lideri Kamal Kılıçdaroğlubu fürsətdən öz maraqları üçün, yəni sayınƏrdoğanı millətin gözündən salmaqüçün çox məharətlə istifadə edir.Doğrudanmı belə bir siyasətçi hədəfin sayın Ərdoğan yox, Türkiyə olduğunu bilmir?! Ola bilməz axı! Mən siyasətçi olmaya-olmayabu ağlımla başa düşürəm, obaşa düşmür?

Belə bir atalar sözü də var: «Allah məni dostlardan qorusun, düşmənlərləbirtəhər bacaracam».

İndi Allah Türkiyəni belədostlarından, belə siyasətçilərindən qorusun, düşmənlə birtəhər bacaracaq.

Türkiyə 15 iyul üsyanındanmöhtəşəm bir zəfərlə çıxdığı kimibu bəladan da zəfərlə çıxacaq, yamanlıqilana ağ verən kərtənkələlərə qalacaq!

Tanrı Türkiyəmizi qorusun!

TƏQVİM / ARXİV