ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bəxtiyar Vahabzadənin oğlundan mətbuata ETİRAZ

3824    |   2017-11-29 13:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Təqaüd yaşındayam. Bu yaşda olan adam nə işlə məşğul olmalıdır ki! Evimdə oturmuşam, nəvərlərlə vaxt keçirirəm”.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, keçmiş prokuror Azər Vahabzadə deyib.


Azər Vahabzadə mətbuatın onunla maraqlanmasına etiraz edib.

"Nəyə görə mənim nə işləsə məşğul olmağımla bu qədər maraqlanırsız? Bu kimə lazımdır?! Qanunvericiliyin tələblərinə uyğun olaraq təqaüd vaxtımı yaşayıram. Bu yaşda ən yaxşı iş dincəlməkdir. Ona görə də mənim hansısa məşğuliyyətimin heç kimə aidiyyatı yoxdur. Həmçinin, məndən maraqlı və tanınmış insanlar var. Onların müsahibəsi, açıqlamaları daha çox lazımdır. Nə özüm, nə də başqaları haqqında danışmaq fikrim var”.

Qeyd edək ki, bu ilin aprelində baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə vəzifəsindən azad edilməklə təqaüdə göndərilib.




İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK