Qəzetdən necə uzaq düşdük?

OĞUZ AYVAZ
46141 | 2017-11-29 14:59

Gündəlik metro istifadəçilərindənbiriyəm. Qaranlıq tuneldən keçərkən qatarın taqqataraq səsi, adamlar, işıqlardarıxdırıcı görünür. Belə olan halda qəzet, kitab adamın köməyinə çatır. Qəzetioxuyursan, bir də görürsən artıq işdəsən. Yaxud kitab da eynən səninlə dialoqa,ünsiyyətə keçir.

Cəmiyyətimizdə qəzet oxuyan tək-tükadamlar qalıb. Onlardakı sovet abu-havasında qalmış ahıl yaşında kişilərdi.Gənclərimizdə ki, feysbukda statuslar oxuyaraq gündəmdən xəbər tuturlar.

Qəzet oxumaq, çox güman, artıq yaxınkeçmişdə, bəlkə də, lap uzaqlarda qalıb. Qəzet oxumaq mədəniyyəti - bu kültürindiki cəmiyyətimizdə birmənalı qarşılanır. Artıq texnika bu mədəniyyəti aradanqaldırmaq üzrədir.

Həsən bəy Zərdabi "Əkinçi” qəzetinin fəaliyyətinə başlayanda elə birdövr idi ki, insanlar oxumağın nə olduğunu bilmirdilər. Kitab, qəzet, jurnal -bu sözləri xalq heç vaxt eşitməmişdi. Hamı yalnız mollalara inanırdı. Onlarınağzından çıxan sözlərə güvənirdi. "Əkinçi” ilk dəfə insanlarımıza oxumaq şansıyaratdı. İlk dəfə xalqımız qəzetlə tanış oldu.

Daha sonra "Molla Nəsrəddin” bu yolun uğurlu davamçısı oldu. MirzəCəlil sadə dillə xalqı ayıltmağa, saxtakar mollaları uydurma əhvalatlardanxilas edib reallığa gətirdi. Reallıq isə acınacaqlı idi. Məhəmməd Hadiəlyazmalarını satmağa başladı, Sabir yaşamaq üçün sabun bişirdi, Mirzə Cəlilisə son illər yazdıqlarını sobada yandırdı...

Amma bütün bunlar reallığın görünməsi üçün bir güzgü rolunu oynadı.Xalq silkələndi, özünü gördü, aynadakı simada özünü tapdı... Adamlar özlərinitanıdıqca səhvlərini də gördülər. Və qəzet insanları göstərən güzgü kimionların qarşısında durdu. Artıq onları mollaların uydurma əhvalatları deyil,sarı kağızda yazılanlar maraqlandırırdı. Çünki yalnız qəzet həqiqəti yazırdı...

Qəzetin bu qədər ciddiliyindəndanışdıq. İndi bir az da yumşaq danışaq. Bir lətifə yadıma düşür. JurnalistlərRüstəm İbrahimbəyovdan soruşurlar:

- Rüstəm bəy, qəzet oxumaq üçün ən yaxşı yer haradır?

- Əlbəttə unitaz!

- Necə yanı?

- Bəli,bəli! Çünki hər cürə, hətta özün haqqındaqorxulu xəbərlərə də hazır olursan!

Özünü tapmağın, özünlə hesablaşmağın başlanğıcı qəzetdən keçir. Qəzetsəni, sənin ətrafını göstərir. O, yanlış da deyə bilər. Amma bu, cəmiyyətingüzgüsüdür. Qəzetə baxıb istədiyini tapmaq sənin əlindədir. Bütün məşhurlarözünü görmək üçün ətraflarına baxıblar. Qəzet sənin ətrafına nəzər salaraq həmdə səni göstərir.

Qəzet oxumaq haqda da maraqlı faktlar var. Bunları da sizinləbölüşmək istəyirəm:

Qəzeti əvvəldən axıra qədər oxuyan şəxs hər şeyi ölçübbiçən, xırdaçı olmaqla yanaşı, diqqətli və güvənlidir. Başqalarına həmişə köməkedir.

Qəzeti sonundan əvvələ vərəqləyən şəxs düşüncəli,yeniliyə meyllidir. Belə adam heç vaxt darıxmır, yaxşı xasiyyətinə görə hamıonu sevir.

Yalnız özünün maraqlarına uyğun olan yazıları oxuyan şəxsağıllıdır, vaxtının qədrini bilir.

Elanları oxuyan şəxs həyatını yaxşılaşdırmağa çalışır,problemlərin həllində uğur qazanır. Belə insanın yaxşı hafizəsi və işgüzarlığıolur, qoyduğu məqsədə çatır.

Artıq metrolarda, parklarda və digər ictimai yerlərdə qəzet oxuyanadamların sayı sürətlə azalmaq üzrədir. Görəsən qəzet tarixəmi qovuşur? Metronun içərisində də qəzet satmırlar.Hərçənd yaşlı adamlar daha çox metro daxilində qəzet almağa alışmışdılar. İndiqəzeti çöldən almağa məcburdurlar. Bu cür islahatlar bizi qəzetdən daha dauzaqlaşdırır. Qəzetdən uzaqlaşmaq isə, ətrafımızdan və özümüzdən təcridolmaqdır...


TƏQVİM / ARXİV