ANA SƏHİFƏ / YAZARLAR

Qəzetdən necə uzaq düşdük?

5752    |   2017-11-29 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gündəlik metro istifadəçilərindən biriyəm. Qaranlıq tuneldən keçərkən qatarın taqqataraq səsi, adamlar, işıqlar darıxdırıcı görünür. Belə olan halda qəzet, kitab adamın köməyinə çatır. Qəzeti oxuyursan, bir də görürsən artıq işdəsən. Yaxud kitab da eynən səninlə dialoqa, ünsiyyətə keçir.

Cəmiyyətimizdə qəzet oxuyan tək-tük adamlar qalıb. Onlardakı sovet abu-havasında qalmış ahıl yaşında kişilərdi. Gənclərimizdə ki, feysbukda statuslar oxuyaraq gündəmdən xəbər tuturlar.

Qəzet oxumaq, çox güman, artıq yaxın keçmişdə, bəlkə də, lap uzaqlarda qalıb. Qəzet oxumaq mədəniyyəti - bu kültür indiki cəmiyyətimizdə birmənalı qarşılanır. Artıq texnika bu mədəniyyəti aradan qaldırmaq üzrədir.

Həsən bəy Zərdabi "Əkinçi” qəzetinin fəaliyyətinə başlayanda elə bir dövr idi ki, insanlar oxumağın nə olduğunu bilmirdilər. Kitab, qəzet, jurnal - bu sözləri xalq heç vaxt eşitməmişdi. Hamı yalnız mollalara inanırdı. Onların ağzından çıxan sözlərə güvənirdi. "Əkinçi” ilk dəfə insanlarımıza oxumaq şansı yaratdı. İlk dəfə xalqımız qəzetlə tanış oldu.

Daha sonra "Molla Nəsrəddin” bu yolun uğurlu davamçısı oldu. Mirzə Cəlil sadə dillə xalqı ayıltmağa, saxtakar mollaları uydurma əhvalatlardan xilas edib reallığa gətirdi. Reallıq isə acınacaqlı idi. Məhəmməd Hadi əlyazmalarını satmağa başladı, Sabir yaşamaq üçün sabun bişirdi, Mirzə Cəlil isə son illər yazdıqlarını sobada yandırdı...

Amma bütün bunlar reallığın görünməsi üçün bir güzgü rolunu oynadı. Xalq silkələndi, özünü gördü, aynadakı simada özünü tapdı... Adamlar özlərini tanıdıqca səhvlərini də gördülər. Və qəzet insanları göstərən güzgü kimi onların qarşısında durdu. Artıq onları mollaların uydurma əhvalatları deyil, sarı kağızda yazılanlar maraqlandırırdı. Çünki yalnız qəzet həqiqəti yazırdı...

Qəzetin bu qədər ciddiliyindən danışdıq. İndi bir az da yumşaq danışaq. Bir lətifə yadıma düşür. Jurnalistlər Rüstəm İbrahimbəyovdan soruşurlar:

- Rüstəm bəy, qəzet oxumaq üçün ən yaxşı yer haradır?

- Əlbəttə unitaz!

- Necə yanı?

- Bəli,bəli! Çünki hər cürə, hətta özün haqqında qorxulu xəbərlərə də hazır olursan!

Özünü tapmağın, özünlə hesablaşmağın başlanğıcı qəzetdən keçir. Qəzet səni, sənin ətrafını göstərir. O, yanlış da deyə bilər. Amma bu, cəmiyyətin güzgüsüdür. Qəzetə baxıb istədiyini tapmaq sənin əlindədir. Bütün məşhurlar özünü görmək üçün ətraflarına baxıblar. Qəzet sənin ətrafına nəzər salaraq həm də səni göstərir.

Qəzet oxumaq haqda da maraqlı faktlar var. Bunları da sizinlə bölüşmək istəyirəm:

Qəzeti əvvəldən axıra qədər oxuyan şəxs hər şeyi ölçüb biçən, xırdaçı olmaqla yanaşı, diqqətli və güvənlidir. Başqalarına həmişə kömək edir.

Qəzeti sonundan əvvələ vərəqləyən şəxs düşüncəli, yeniliyə meyllidir. Belə adam heç vaxt darıxmır, yaxşı xasiyyətinə görə hamı onu sevir.

Yalnız özünün maraqlarına uyğun olan yazıları oxuyan şəxs ağıllıdır, vaxtının qədrini bilir.

Elanları oxuyan şəxs həyatını yaxşılaşdırmağa çalışır, problemlərin həllində uğur qazanır. Belə insanın yaxşı hafizəsi və işgüzarlığı olur, qoyduğu məqsədə çatır.

Artıq metrolarda, parklarda və digər ictimai yerlərdə qəzet oxuyan adamların sayı sürətlə azalmaq üzrədir. Görəsən qəzet tarixəmi qovuşur? Metronun içərisində də qəzet satmırlar. Hərçənd yaşlı adamlar daha çox metro daxilində qəzet almağa alışmışdılar. İndi qəzeti çöldən almağa məcburdurlar. Bu cür islahatlar bizi qəzetdən daha da uzaqlaşdırır. Qəzetdən uzaqlaşmaq isə, ətrafımızdan və özümüzdən təcrid olmaqdır...




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK