adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Noyabr 2017 11:19
22864
KRİMİNAL
A- A+

Gömrükdə qanunsuz telefonlar aşkarlandı

Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

DGK-dan Adalet.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda” gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.